AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirə olunan növbəti məsələ Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi adlandırılması haqqında olub.
Xeberler.az məlumat verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, bu gün ölkəmizdə süni intellekt və rəqəmsal inkişaf məsələlərinə xüsusi diqqət yetirilir və təkcə cari il ərzində dövlət başçısı tərəfindən bu istiqamətdə ardıcıl şəkildə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında Fərman, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam və “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərman imzalanıb. Həmçinin ölkəmizdə bu günlərdə Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb.
Dövlətimizin atdığı sözügedən addımlara müvafiq olaraq AMEA-da da bu sahədə fəaliyyətin icra olunduğunu deyən akademik İsa Həbibbəyli 2023-cü ilin yanvar ayında yaradılmış “Elektron Akademiya” şöbəsinin ötən 2 il ərzində Akademiyada rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişlənməsi istiqamətində bir çox yeniliklərə və uğurlara imza ataraq özünü doğrultduğunu bildirib. Qeyd edib ki, yaranmış yeni texnoloji reallıq şəraitində “Elektron Akademiya” şöbəsinin adının dəyişdirilməsi və müvafiq olaraq, fəaliyyət istiqamətlərinin genişləndirilməsi zərurəti meydana çıxıb.
Qeyd olunan məsələ ilə bağlı AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev çıxış edərək “Elektron Akademiya” şöbəsinin Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi adlandırılması təklifinin ölkəmizdə dövlət başçısının rəhbərliyi altında bu sahədə aparılan işləri tam əhatə etdiyini söyləyib.
Daha sonra Rəyasət Heyətinin qərarı ilə “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilərək Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi adlandırılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları