Apple İran bazarına üz tutur

31-10-2014 / 09:53

Amerikanın Apple şirkəti İrana qarşı sanksiyaların zəifləyəcəyi halda məhsullarını bu ölkənin bazarına çıxarmağı  düşünür. Məlumatı The Wall Street Journal dərgisi yayıb.

Xeberler.az bildirir ki, şirkət məsələyə heç bir rəsmi şərh verməyib.

2012-ci ildən İran Avropa İttifaqı və ABŞ-ın sanksiyalarına məruz qalıb, bu, ölkənin xaricə neft satışını əngəlləyib. Embarqo nəticəsində ölkədə yüksək inflyasiya duyulur. Sanksiyaların səbəbi isə rəsmi Tehranın nüvə proqramına dair işlərini davam etdirməsi olub.

İran İslam Respublikasına qarsı tətbiq edilən sanksiyaların ləğvinin bu ilin 24 noyabrına kimi başlanacağı gözlənilir.

Mənbə: lenta.ru

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə