“E-hökumət” müsabiqəsinin qalibləri gələn həftə bilinəcək

08-12-2014 / 14:52

Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Azərbaycanda “Elektron hökumət” mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda publisistik məqalə və video süjet müsabiqəsinin nəticələri gələn həftə açıqlanacaq. Məlumatı Xeberler.az-a Mərkəzin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ruhəngiz Mehmanqızı verib.

Mərkəzin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi təşkilat komitəsinə daxil olmuş 100-ə qədər materialdan qaydalara cavab verən 48 məqalə, 7 video materialın artıq münsiflər heyətinin ixtiyarına verildiyini, gələn həftə  qaliblərin adlarının açıqlanacağını bildirib: “Müsabiqə “Elektron Hökumət nədir”, “Elektron Hökumət portalına nə üçün ehtiyacımız var”, “Elektron Hökumət necə fəaliyyət göstərir” və “Elektron Hökumətin cəmiyyət üçün faydaları” mövzularını əhatə edib. Müsabiqədə jurnalistlərlə yanaşı, elmi işçilər, mütəxəssislər və elektron hökumətlə maraqlanan 18 yaşından yuxarı şəxslər iştirak edib. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmayıb”.

Ruhəngiz Mehmanqızı yazı və videoları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müəyyən etdiyi peşəkar münsiflər qiymətləndiyini bildirib: “Müsabiqənin nəticələri “Elektron hökumət” portalında dərc olunacaq. Mükafat fondu isə belədir: 1-ci yer - 2500 manat , 2-ci yer - 1500 manat 3,4,5-ci yerə isə  noutbuk hədiyyə olunacaq. Hər bir iştirakçıya e-imza vəsiqəsi və kart oxuyucu təqdim ediləcək”.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi müsabiqəni oktyabrın 3-də elan etmişdi. 

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə