Skype sinxron tərcümə sistemini işə saldı

16-12-2014 / 10:32

Skype servisi Skype Translator tərcümə sisteminin beta versiyasını işə salıb. Artıq istifadəçilər danışığı sinxron tərcümə edən sistemin köməyi ilə ünsiyyət qura biləcəklər.

Bizimyol.info  Lenta.ru-ya istinadla bildirir ki, hələlik sinxron tərcümə iki - ingilis və ispan dillərində mümkündür. Bu imkandan yararlanmaq üçün Skype Translator-un rəsmi səhifəsində qeydiyyatdan keçmək tələb olunur. Xidmət yalnız Windows 8.1 əməliyyat sistemi üçün yararlıdır.

Gələcəkdə Skype Translator Çin, Koreya, ərəb, fransız, alman, italyan, yapon, portuqal dillərini də sistemə inteqrasiya etmək niyyətindədir.

Skype Translator xidməti artıq iki məktəb arasında testdən də keçirilib. Meksika və ABŞ-da yerləşən məktəblərin 2 şagirdi bir-biri ilə danışa bilib, biri ingilis, digəri ispanca. 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə