Şimali Koreya internetsiz qaldı

23-12-2014 / 10:04

ABŞ-ın Sony Pictures şirkətinə edilən haker hücumuna görə günahlandırdığı Şimali Koreyanın interneti dekabrın 22-də naməlum səbəbdən kəsilib.   

Bizimyol.info Lenta.ru-ya istinadla bildirir ki, Şimali Koreya iqtidarı və ABŞ dövlət departamenti hər hansı bir rəsmi bəyanatdan çəkiniblər.

Şimali Koreyada internetə çıxış yalnız məmurlara və hakim partiyanın funksionerlərinə, rəsmi icazəsi olan təşkilatlara verilib. Ötən il belə abonentlərin sayı 1200 olub.

 Sony Pictures şirkəti noyabrın sonunda güclü kiber hücuma məruz qalıb. Hakerlər bir sıra məxfi məlumatları ələ keçiriblər. ABŞ rəsmən Şimali Koreyanı hücumun təşkilində ittiham etmişdi, çünki hakerlər Koreya lideri Kim Çen Undan bəhs edən “Müsahibə” filminin mənimsəmişdilər. Komediyanın bəzi hissələri sonra internetdə yerləşdirilmişdi. ABŞ prezidenti Barak Obama hücumda əli olanları cəzalandıracağına söz vermişdi. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə