İsrailin Facebook əməliyyatı

27-12-2014 / 11:26

İsrail polisi Facebook-da paylaşım edən 8 fələstinlini həbs edib.

Fələstin Ali İslam Şurasının sədri və keçmiş Qüds müftisi İkrimə Səbri İsrailin fələstinliləri sosial şəbəkələrdə izlədiyini və paylaşdıqlarını bəhanə edərək onları həbs etdiyini bildirib. Səbri Məscidi-i Əqsada etdiyi cümə xütbəsində İsrail polisinin bu gün Qüdsdə 20 fələstinlini həbs etdiyini deməklə yanaşı, İsrailə bu fürsəti verməmək üçün diqqətli olmaq barədə çağırış edib. 

İsrail hökuməti həbsləri təsdiq edib. Verilən rəsmi açıqlamada bildirilib ki, 8 nəfər Facebook-da etdiyi paylaşımda İsrail polisinə və əsgərlərinə hücumlara təhrik etmək məqsədi daşıyıb. 

Fələstinlilər son dövrlər sosial şəbəkələrdən istifadə edərək İsrailin etdiyi qəddarlıqları bütün dünyaya nümayiş etdirirlər. /ANS PRESS/


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə