18 dövlət əmlakına 5-i onlayn olmaqla, 43 sifariş verildi

05-03-2019 / 14:36

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 5 mart tarixində növbəti hərrac keçirilib.

Xeberler.az  bildirir ki, müxtəlif kateqoriyalı cəlbedici dövlət əmlakları budəfəki hərracda da vətəndaşların marağına səbəb olub. Prosesdə iştirak etmək istəyən şəxslər tərəfindən 18 dövlət əmlakına ümumilikdə 43 sifariş verilib. Dövlət əmlakı və sifariş sayı arasındakı fərqlə hərrac rəqabətli mühitdə keçib. Komitənin elektron resurslarından dövlət əmlakları üzrə seçim edən vətəndaşlardan 5-i onlayn formada sifariş verərək hərracda iştirak statusu qazanıb. Qeyd edək ki, hərracda özəlləşdirilən dövlət əmlaklarından 3-ü kiçik dövlət müəssisəsi, 4-ü qeyri-yaşayış sahəsi, 10-u nəqliyyat vasitəsi, digəri isə yarımçıq tikilidir.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrindən biri Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsindəki “Tələbə” İcarə Müəssisəsidir. Obyektin ümumi faydalı sahəsi 279.2 kv.m, birlikdə özəlləşdirildiyi torpaq sahəsi isə 320.8 kv.m-dir. Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış binasının isə ümumi faydalı sahəsi 119 kv.m-dir. Bu dövlət obyekti də iştirakçı tərəfindən torpaq sahəsi ilə birgə özəlləşdirildi.

Qeyri-yaşayış sahələrindən biri paytaxtda, digərləri isə respublikanın şəhər və rayonlarında yerləşir. Hər bir qeyri-yaşayış sahəsinin ticarət, ictimai iaşə və digər xidmət sahələri üzrə potensial fəaliyyət imkanları mövcuddur Bakı Şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsindəki obyektin ümumi faydalı sahəsi 266.7 kv.m-dir. Avtomobil sahibi olmaq istəyənlərin fəal iştirakı ilə hərracda rəqabətli mühit yarandı.

Qeyd edək ki, özəlləşdirilən avtomobillərdən 8-i üzrə ümumilikdə 32 sifariş verilmişdir. Buraxılış ili 2009 olan Volkswagen markalı nəqliyyat vasitələrinin ilkin hərrac qiymətləri 7 min 200 ilə 7 min 500 manat aralağında təyin olunmuşdur. Rəqabət nəticəsində bu dövlət əmlaklarının son qiymətləri 9 min 200 manat ilə 9 min 700 manat intervalında oldu. Eyni hal Chevrolet Niva markalı avtomobil üçün də xarakterikdir. Belə ki, buraxılış ili 2010 olan nəqliyyat vasitəsinin ilkin qiyməti 4 min manat təyin olunsa da, qalib iştirakçı onu 7 min 600 manata özəlləşdirdi.

Məlumat üçün bildirək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fevral ayı üzrə keçirilən hərraclarda 50-ə yaxın dövlət əmlakı özəlləşdirilib. Onlar arasında səhmdar cəmiyyəti, kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahələri, yarımçıq tikili və nəqliyyat vasitələri var. Qeyd edək ki, dövlət əmlaklarının özəlləşdirilməsində növbəti iştirak imkanı 12 mart tarixində yaradılacaq. Hərraca qoşulmaq istəyənlər 96 dövlət əmlakı üzrə seçim edə bilər. Bu dövlət əmlaklarından 57-si kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyəti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir. Komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə dövlət əmlakları ilə tanış olmaq və hərracda iştirak statusu qazanmaq mümkündür.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.