Previous Next
Bağla

13 dövlət əmlakı özəlləşdirildi: 2-si elektron olmaqla, 22 sifariş verilib

26-02-2019 13:00
13 dövlət əmlakı özəlləşdirildi: 2-si elektron olmaqla, 22 sifariş verilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclarda özəlləşdirilən dövlət əmlakları yeni sahibkarlıq subyektlərinin formalaşmasına imkan verir. Sürətli və əlçatan hərrac xidmətlərindən istifadə prosesdə vətəndaş marağını artırır, rəqabəti təmin edir.

Xeberler.az  bildirir ki, özəlləşdirmədə elektron sistemin tətbiqi ilə 26 fevral tarixində növbəti hərrac reallaşdı. Müasir üsulların təmin etdiyi fürsətlər prosesdə rəqabətli mühiti yaratdı. Belə ki, ayın son hərracında 13 dövlət əmlakı üzrə 22 sifariş qəbul edilmişdir. İştirakçılardan 2-si seçdiyi dövlət əmlakına elə olduğu məkandan onlayn formada sifariş vermişdir. Nəqliyyat vasitələri üzrə iştirakçı aktivliyi budəfəki hərracı rəqabətli etdi. Belə ki, buraxılış tarixi 2007 olan VAZ-21043 markalı avtomobil üçün 4 sifariş verilmişdir. İştirakçılar arasında mübarizə ilkin qiyməti 2 dəfə yüksəltdi. Belə ki, start qiyməti 2 min manat olan nəqliyyat vasitəsi 4 min manata özəlləşdirildi. Analoji hal istehsal tarixi 2005 olan Nissan Maxima markalı avtomobil üçün də xarakterikdir. Biri elektron olmaqla, 5 sifarişin verildiyi nəqliyyat vasitəsinin ilkin qiyməti 3 min manat olsa da, qalib iştirakçı onu 5 min 160 manat təklif edərək özəlləşdirdi.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisə və obyektləri paytaxtda yerləşir. Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsindəki ticarət obyektlərinin ümumi faydalı sahələri 329.8 kv.m və 408.3 kv.m-dir. 2 min 400 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilən kiçik dövlət əmlakı Qaradağ rayonu, Qızıldaş-Müşfiqabad yolunda yerləşir. Yanacaq doldurma məntəqəsi kimi istifadə olunmuş obyektin ümumi faydalı sahəsi 45.6 kv.m-dir. Adıçəkilən hər bir dövlət əmlakından səmərəli istifadə investorun gəlirli biznes fəaliyyətini reallaşdıra bilər.

Qeyri-yaşayış sahələri müxtəlif xidmət və ya ofis obyekti kimi istifadə üçün uğurlu seçimdir. Bu kateqoriyadan olan dövlət əmlakları paytaxtla yanaşı, Bərdə, Tovuz, Şabran rayonlarında yerləşir. Obyektlərin ümumi faydalı sahəsi 8.3 kv.m ilə 162.9 kv.m aralığındadır. Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 43.2 kv.m-dir. İştirakçı tərəfindən bu dövlət əmlakı 6 min manata özəlləşdirildi. Daha az büdcə ilə kiçik sahibkarlıq fəaliyyətinə başlamaq imkanı yaradan digər qeyri-yaşayış sahəsi isə Tovuz şəhəri, Sabir küçəsində yerləşir. Bu obyektin ümumi faydalı sahəsi 103.2 kv.m-dir. Hərrac iştirakçısı adıçəkilən dövlət əmlakını 10 min manata özəlləşdirdi.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 5 mart tarixində baş tutacaq. Prosesə ümumilikdə 82 dövlət əmlakı çıxarılıb. Dövlət əmlaklarından 36-sı kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyəti, 7-si qeyri-yaşayış sahəsi, 4-ü yarımçıq tikili, 12-si isə nəqliyyat vasitəsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib

15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib

16-04-2019
Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

04-12-2018
18 dövlət əmlakına 5-i onlayn olmaqla, 43 sifariş verildi

18 dövlət əmlakına 5-i onlayn olmaqla, 43 sifariş verildi

05-03-2019
Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019
Növbəti hərracda yüksək rəqabət

Növbəti hərracda yüksək rəqabət

25-09-2018
Rəqabətli hərracda 17 dövlət əmlakı özəlləşdirildi

Rəqabətli hərracda 17 dövlət əmlakı özəlləşdirildi

29-01-2019
20 noyabr hərracı: 9 elektron sifariş verildi

20 noyabr hərracı: 9 elektron sifariş verildi

20-11-2018
Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

13-02-2019
Komitədə rəqabətli hərrac: 7 dövlət əmlakına 16 sifariş

Komitədə rəqabətli hərrac: 7 dövlət əmlakına 16 sifariş

12-03-2019
23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019
Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019
Dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

Dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

27-11-2018
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018
2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

02-04-2019
10 dövlət əmlakına 17 sifariş verildi

10 dövlət əmlakına 17 sifariş verildi

04-09-2018
Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019
19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19-03-2019
26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

19-06-2019
Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

22-01-2019
Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019
Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019
10 dövlət əmlakına 49 sifariş verildi

10 dövlət əmlakına 49 sifariş verildi

13-11-2018
Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

18-03-2019
Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

04-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə