Previous Next
Bağla

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019 14:38
Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclara qoşulan şəxslər rahatlıqla seçdikləri dövlət əmlaklarının özəlləşdirməsi prosesində iştirak edir. Yaradılan müasir şərait vətəndaşların həm hərrac keçirilən məkanda, həm də istənilən yerdə elektron formada iştirakını təmin edir.

Xeberler.az  bildirir ki, virtual formada aparılan seçim, qeydiyyat və sifariş prosedurları ilə hər kəs vaxt itirmədən iştirak üçün müraciət edə bilir. Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə komitə tərəfindən növbəti hərrac 27 mart tarixində keçirildi. Budəfəki hərracda səhmdar cəmiyyəti, kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahələri özəlləşdirildi. Qeyri-yaşayış sahələri üzrə keçirilən hərracda iştirakçılar arasında rəqabətli mühit yarandı. Belə ki, paytaxtın Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən, ümumi faydalı sahəsi 96.6 kv.m olan obyekt üçün ilkin hərrac qiyməti 25 min manat təyin olunmuşdur. Özəlləşdirmə prosesində 4 iştirakçı arasında yaranan rəqabət dövlət əmlakının qiymətini 3 dəfədən çox artırdı. Hərrac üzrə qalib şəxs bu obyekti 75 min manata özəlləşdirdi. Rəqabətli mühitdə özəlləşdirilən digər qeyri-yaşayış sahəsi Bakı Şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindədir. Ümumi faydalı sahəsi 49.2 kv.m olan obyektin ilkin hərrac qiyməti 9 min 750 manat təyin olunmuşdur. Hərrac iştirakçılarından biri 32 min manat təklif
edərək bu qeyri-yaşayış sahəsini özəlləşdirdi.

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsindəki "Material Təchizat" adlı səhmdar cəmiyyətinin nizamnamə kapitalının 43%-lik səhm paketi investor tərəfindən özəlləşdirildi. Dövlət müəssisəsinin fəaliyyət sahəsinə təchizat, ticarət və məişət üzrə xidmətlər aiddir. Ümumi torpaq sahəsi 8.8 min kv.m olan səhmdar cəmiyyətinin ərazisində inzibati bina, gözətçi binası, anbar və digər binalar var.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrinə ticarət obyektləri aiddir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nəsrulla Əsgərov küçəsində yerləşən 46 saylı mağazanın ümumi faydalı sahəsi 85.4 kv.m-dir. Ticarət və digər xidmət obyekti kimi istifadəyə imkan verən əmlakı iştirakçı 6 min 750 manata özəlləşdirdi.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 23 aprel tarixində keçiriləcək. Özəlləşdirmə prosesinə ümumilikdə 59 dövlət əmlakı çıxarılıb. Onlardan 43-ü kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir. Uğurlu biznes imkanları olan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2095 kv.m arasındadır. Hərraca çıxarılan bu növ dövlət əmlakları sənaye, inşaat, xidmət və digər sahələrə aiddir. Qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 12.5 kv.m ilə 213.7 kv.m arasındadır. Xidmət və ofis obyekti kimi istifadəyə imkan verən bu dövlət əmlaklarından 7-si Bakıda, 4-ü Sumqayıtda, digərləri isə Bərdə, Daşkəsən və Sabirabadda yerləşir.

Hərraca çıxarılan hər bir dövlət əmlakı barədə ətraflı məlumat əldə etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Dövlət əmlakları üzrə seçim edən şəxslər elektron formada qeydiyyat və sifariş prosedurlarından keçərək iştirakçı statusu qazana bilər. Hərrac keçirildiyi gün iştirakçılarla bərabər, adi şəxslər də hərraca onlayn formada qoşula bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019
23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019
Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

13-02-2019
Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019
Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

22-01-2019
18 dövlət əmlakına 5-i onlayn olmaqla, 43 sifariş verildi

18 dövlət əmlakına 5-i onlayn olmaqla, 43 sifariş verildi

05-03-2019
Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019
15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib

15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib

16-04-2019
Komitədə rəqabətli hərrac: 7 dövlət əmlakına 16 sifariş

Komitədə rəqabətli hərrac: 7 dövlət əmlakına 16 sifariş

12-03-2019
Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

04-12-2018
10 dövlət əmlakına 17 sifariş verildi

10 dövlət əmlakına 17 sifariş verildi

04-09-2018
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018
2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

02-04-2019
Rəqabətli hərracda 17 dövlət əmlakı özəlləşdirildi

Rəqabətli hərracda 17 dövlət əmlakı özəlləşdirildi

29-01-2019
19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19-03-2019
20 noyabr hərracı: 9 elektron sifariş verildi

20 noyabr hərracı: 9 elektron sifariş verildi

20-11-2018
13 dövlət əmlakı özəlləşdirildi: 2-si elektron olmaqla, 22 sifariş verilib

13 dövlət əmlakı özəlləşdirildi: 2-si elektron olmaqla, 22 sifariş verilib

26-02-2019
Dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

Dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

27-11-2018
26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

19-06-2019
Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019
2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

03-12-2018
Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

18-03-2019
Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

15-04-2019
16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

18-06-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə