Previous Next
Bağla

Komitədə rəqabətli hərrac: 7 dövlət əmlakına 16 sifariş

12-03-2019 12:43
Komitədə rəqabətli hərrac: 7 dövlət əmlakına 16 sifariş

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 mart tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirildi. 

Xeberler.az  bildirir ki, budəfəki hərracda 7 dövlət əmlakına ümumilikdə 16 sifariş verilmişdir. Bu dəfə vətəndaşlar tərəfindən səhmdar cəmiyyətinin səhm paketi, kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələri özəlləşdirildi. Belə ki, investorlardan biri Lənkəran şəhəri, T.İsmayılov küçəsindəki “Lənkəran mebel” adlı səhmdar cəmiyyətinin 30%-lik səhm paketi üzrə hərracda iştirak etdi. Sənaye sahəsinə aid dövlət əmlakının özəlləşdirilən səhmlərinin ümumi sayı 50 minə yaxındır. Mebel məhsullarının istehsalı fəaliyyəti ilə məşğul olan müəssisənin ərazisində inzibati bina, istehsalat sexi,yeməkxana ilə yanaşı, digər bina və qurğular yerləşir.

Özəlləşdirilən kiçik dövlət müəssisəsi paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşir. Əvvəllər ictimai iaşə xidməti üzrə fəaliyyət göstərmiş obyektin ümumi faydalı sahəsi 87.9 kv.m-dir. Dövlət əmlakı 225.8 kv.m-lik torpaq ərazisi ilə birgə iştirakçı tərəfindən 7 min 500 manata özəlləşdirildi. Az büdcə ilə xidmət obyektinə sahib olmaq imkanı yaradan qeyri-yaşayış sahəsi paytaxt ərazisində yerləşir. Suraxanı rayonu, Hövsan qəsəbəsindəki bu obyektin ümumi faydalı sahəsi 29.9 kv.m-dir. Hərrac iştirakçısı bu dövlət əmlakını 3 min manata özəlləşdirdi.

İştirakçılar arasında nəqliyyat vasitələrinə sahib olmaq arzusu bu növ dövlət əmlaklarının hərracını rəqabətli etdi. Belə ki, buraxılış ili 2007 olan Cherry Easter markalı nəqliyyat vasitəsinin ilkin hərrac qiyməti 1440 manat təyin edilmişdir. Hərracda 4 iştirakçı arasında yaranan rəqabət nəticəsində avtomobilin satış qiyməti 2 dəfədən çox yüksəldi və qalib iştirakçı onu 3 min 300 manata özəlləşdirdi. Toyota Camry markalı avtomobilin isə ilkin hərrac qiyməti 10 min manat, buraxılış tarixi isə 2009-cu ildir. 5 sifarişçinin mübarizəsi ilə keçən hərracda qalib iştirakçı 14 min 600 manat təklif edərək avtomobili özəlləşdirdi.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclarda sadə və müasir üsullar vətəndaşların prosesdə rahat iştirakına şərait yaradır. Dövlət əmlaklarının özəlləşmədən sonra uğurlu fəaliyyəti özəl sektorun inkişafını təmin etməklə bərabər, digər investorların da prosesdə iştirak marağını artırır. Komitə tərəfindən növbəti hərrac 19 mart tarixində keçiriləcək. İştirak etmək istəyən şəxslər ümumilikdə 99 dövlət əmlakı üzrə seçim edə bilər. Dövlət əmlaklarından 57-si kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 2-si yarımçıq tikili, 20-si səhmdar cəmiyyəti, 3-ü isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumat əldə etmək və onlayn sifariş vermək üçün komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir. Qeyd edək ki, hər kəs açıq hərraclara həm məkana gəlməklə, həm də onlayn formada qoşula bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

18 dövlət əmlakına 5-i onlayn olmaqla, 43 sifariş verildi

05-03-2019

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019

Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

13-02-2019

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019

15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib

16-04-2019

26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

19-06-2019

13 dövlət əmlakı özəlləşdirildi: 2-si elektron olmaqla, 22 sifariş verilib

26-02-2019

20 noyabr hərracı: 9 elektron sifariş verildi

20-11-2018

2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

02-04-2019

Rəqabətli hərracda 17 dövlət əmlakı özəlləşdirildi

29-01-2019

Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

04-12-2018

Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

22-01-2019

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019

10 dövlət əmlakına 17 sifariş verildi

04-09-2018

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19-03-2019

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018

Növbəti hərracda yüksək rəqabət

25-09-2018

Dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

27-11-2018

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019

Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

15-04-2019

10 dövlət əmlakına 49 sifariş verildi

13-11-2018

Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

18-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə