Previous Next
Bağla

Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

04-12-2018 14:25
Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 4-ü dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirildi. Bu dəfə də Elektron hərrac sistemindən istifadə edən vətəndaşlar əlavə vaxt itirmədən, məşğuliyyətdən uzaqlaşmadan seçdikləri dövlət əmlakının sifarişçisinə çevrildi. Şəffaflıq və məmnunluq prinsipləri əsasında yaradılan şərait hərracda iştirakçıların fəallığını təmin etdi. Özəlləşməyə çıxarılan dövlət əmlaklarından 15-i hərracda öz sahibini tapdı. 4-ü kiçik dövlət müəssisə və obyekti, 4-ü qeyri-yaşayış sahəsi və 7-si nəqliyyat vasitəsi olan dövlət əmlakları üzrə ümumilikdə 21 sifariş qəbul edilmişdir.

Xeberler.az  bildirir ki, verilən sifarişlərin özəlləşdirilən dövlət əmlaklarından çox olması hərracı rəqabətli etdi. Ofis və xidmət obyekti kimi istifadə üçün uyğun olan qeyri-yaşayış sahələrindən biri Səbail rayonu, A.İsgəndərov küçəsində yerləşir. Ümumi faydalı sahəsi 36.9 kv.m olan bu obyektin hərracında 2 sifarişçinin mübarizəsi təyin olunan qiyməti 2 dəfədən çox yüksəltdi. Belə ki, qalib iştirakçı ilkin qiyməti 13 min 500 manat olan əmlak üçün 28 min manat təklif etdi. Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 9 ünvanındakı obyektin ümumi faydalı sahəsi isə 88.8 kv.m-dir. Paytaxt üzrə özəlləşdirilən digər qeyri-yaşayış sahələri isə Suraxanı rayonu ərazisində yerləşir.

Nəqliyyat vasitələri üzrə geniş seçim imkanı vətəndaşların bu növ dövlət əmlakları üzrə hərraclarda iştirak marağını artırır. Bu dəfə özəlləşdirilən 7 avtomobildən 3-nə ümumilikdə 8 sifariş verilmişdir. Belə ki, rəqabətli hərracda buraxılış ili 2006, ilkin hərrac qiyməti 3 min manat olan Vaz markalı avtomobil üçün iştirakçılardan biri 4 min 350 manat təklif etdi. Özəlləşdirilən digər avtomobillər isə BMW, Mercedes, Vaz və Nissan markalarına aiddir. Kiçik dövlət müəssisə və obyektlərindən biri paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsindəki 7 saylı Stomatoloji poliklinikadır. Yüksək iqtisadi potensiala malik əmlakın ümumi faydalı sahəsi 418.9 kv.m-dir. Torpaq sahəsi ilə birgə özəlləşdirilən obyekt investorun seçdiyi biznes sahəsi üzrə gəlirli fəaliyyətə imkan verir. Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində yerləşən mağaza isə sahibkarlıq fəaliyyəti üçün uyğun seçimdir. Adı çəkilən bu əmlakın ümumi faydalı sahəsi 217.8 kv.m-dir. Özəlləşdirilən digər kiçik dövlət müəssisələri paytaxtın Sabunçu rayonunda və Şəmkirin Xuluf kəndində yerləşir.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac dekabrın 11-i keçiriləcək. Hərraca ümumilikdə 83 dövlət əmlakı çıxarılıb. Onlardan 35-i kiçik dövlət müəssisə və obyekti, 21-i qeyri-yaşayış sahəsi, 7-si nəqliyyat vasitəsi, 20-si isə səhmdar cəmiyyətidir. Dövlət əmlakları ilə tanış olmaq və hərraclarda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

20 noyabr hərracı: 9 elektron sifariş verildi

20-11-2018

Rəqabətli hərracda 17 dövlət əmlakı özəlləşdirildi

29-01-2019

13 dövlət əmlakı özəlləşdirildi: 2-si elektron olmaqla, 22 sifariş verilib

26-02-2019

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018

15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib

16-04-2019

Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

22-01-2019

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019

10 dövlət əmlakına 17 sifariş verildi

04-09-2018

18 dövlət əmlakına 5-i onlayn olmaqla, 43 sifariş verildi

05-03-2019

2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

02-04-2019

Dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

27-11-2018

Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

13-02-2019

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019

Növbəti hərracda yüksək rəqabət

25-09-2018

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019

26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

19-06-2019

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19-03-2019

Komitədə rəqabətli hərrac: 7 dövlət əmlakına 16 sifariş

12-03-2019

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019

10 dövlət əmlakına 49 sifariş verildi

13-11-2018

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019

İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

12-11-2018

Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

15-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə