Previous Next
Bağla

20 noyabr hərracı: 9 elektron sifariş verildi

20-11-2018 14:25
20 noyabr hərracı: 9 elektron sifariş verildi

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi müasir hərraclarda yaradılan şərait və şəffaf mühit hər kəsin obyektiv formada iştirakını təmin edir. Geniş çeşidli və cəlbedici dövlət əmlaklarının hərraca çıxarılması isə prosesə olan marağı artırır. Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə elektron informasiya mənbələri olan komitənin rəsmi saytı və Özəlləşdirmə portalı vətəndaşların rahat iştirakını təmin edir. Belə ki, vətəndaşlar seçdikləri dövlət əmlakını elektron formada sifariş verməklə yanaşı, hərraclarda onlayn formada iştirak edə bilir.

Xeberler.az  bildirir ki, komitə tərəfindən 20 noyabr tarixində keçirilən növbəti hərracda 9-u elektron olmaqla 28 sifariş verilmişdir. Sifariş verilən dövlət əmlaklarından 2-si kiçik dövlət müəssisə və obyekti, 3-ü qeyri-yaşayış sahəsi, 6-sı nəqliyyat vasitəsidir. Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi prospektindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 26.5 kv.m-dir. Adı çəkilən dövlət əmlakının hərracında 2 sifarişçi iştirak etdi. Yaranan rəqabətli mühit 9 min manat ilkin qiymət təyin olunan əmlakın son satış qiymətini 15 min 500 manata yüksəltdi. Mingəçevir şəhəri, İ.Qayıbov küçəsindəki dövlət əmlakı xidmət sahəsi üzrə fəaliyyətdə sahibi üçün gəlirli ola biləcək. Bu qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 124.4 kv.m-dir. Nizami rayonu, Babək prospektində yerləşən qeyri-yaşayış sahəsinin isə ümumi faydalı sahəsi 33 kv.m-dir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinə olan yüksək maraq nəticəsində 4 nəqliyyat vasitəsinə 20 sifariş verilmişdir. Rəqabətli mühit yaradan bu avtomobillərdən birinin buraxılış ili 2005-dir. 700 manat ilkin qiymət təyin olunan VAZ markalı bu avtomobilin hərracında iştirakçıların mübarizəsi qiyməti 3 dəfəyədək yüksəltdi. Rəqabət yaradan digər VAZ markalı nəqliyyat vasitəsinin istehsal ili 1995-dir. İlkin hərrac qiyməti 800 manat olan avtomobil üçün hərracın qalibi 2 min 50 manat təklif etdi.

Salyan rayonu, Peyk kəndindəki Yardımçı kənd təsərrüfatı 50 min kv.m-lik geniş torpaq sahəsi ilə birgə özəlləşdirildi. Ümumi faydalı sahəsi 66.7 kv.m olan dövlət əmlakı üçün sifarişçi 46 min manat təklif etdi. Budəfəki hərracda özəlləşdirilən digər kiçik dövlət müəssisəsi isə Lənkəran rayonu, Sinovlu kəndində yerləşir.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 27 noyabrda baş tutacaq. Dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı hərraca ümumilikdə 195 dövlət əmlakı çıxarılıb. Bunlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 42-si qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 42-si isə nəqliyyat vasitəsidir. Hərrac prosesində iştirak etmək istəyənlər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

04-12-2018

Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

22-01-2019

Növbəti hərracda yüksək rəqabət

25-09-2018

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019

18 dövlət əmlakına 5-i onlayn olmaqla, 43 sifariş verildi

05-03-2019

10 dövlət əmlakına 17 sifariş verildi

04-09-2018

15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib

16-04-2019

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019

13 dövlət əmlakı özəlləşdirildi: 2-si elektron olmaqla, 22 sifariş verilib

26-02-2019

2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

02-04-2019

Rəqabətli hərracda 17 dövlət əmlakı özəlləşdirildi

29-01-2019

Komitədə rəqabətli hərrac: 7 dövlət əmlakına 16 sifariş

12-03-2019

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19-03-2019

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019

Dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

27-11-2018

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019

Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

13-02-2019

10 dövlət əmlakına 49 sifariş verildi

13-11-2018

26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

19-06-2019

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019

2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

03-12-2018

Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

15-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə