Apple yeni kompüterlərini təqdim edib- Qiymətlər

28-10-2016 / 11:33

Məlumat verdiyimiz kimi, dünən Apple şirkəti yenilənmiş MacBook Pro noutbuklarını  təqdim edib.

Xeberler.az-ın məlumatına görə, yenilənmiş MacBook Pro noutbuklarında ilk nəzərə çarpan yenilik Touch Bar adlı  klaviaturanın  üstündə olan Retina ekranlı sensor sahəsidir.

MacBook Pro-lar 13 və 15 düymlük displeylərlə təchiz edilib. Bununla yanaşı, Touch Bar-ı olmayan bir Macbook Pro da təqdim edilib.

Macbook Pro-larla birlikdə həyatımıza daxil olan Touch Bar, bir çox fərqli tətbiq üçün yeni funksiyaları özündə əks etdirib. Belə ki, Macbook Pro üçün tətbiq yaradan proqramçılar Touch Bar-ın təqdim etdiyi yeni xidmətlərdən faydalanacaq. ESC düyməsinin belə Touch Bar-a daşındığını düşünsək, irəlidə Apple-ın klaviatura yerinə bütöv Touch Bar istifadəsinin da mümkün olacağını söyləyə bilərik.

 

Cihazların korpusu alüminium materialından hazırlanıb, qurğular daha nazik və yüngül olub. 13 düymlük noutbuk modelinin qalınlığı 14.9 mm təşkil edir, halbuki əvvəlki nəsil modelin qalınlığı 18 mm idi. Bundan başqa, noutbukun ölçüsü 23%, çəkisi isə 200 qr azalıb. İndi 13 düymlük leptopun çəkisi 1.35 kq-dır. 15 düymlük MacBook Pro noutbuk modelinin qalınlığı isə indi 15 mm-dir. Bu noutbukun ölçüsü 20%, çəkisi isə 200 qr azalaraq 1.8 kq təşkil edir.

Yeni Macbook Pro-da ekran keyfiyyəti də artırılıb, daha canlı bir görünüş yeni Macbook Pro sahiblərini qarşılayacaq. Belə ki, noutbukların ekranı 67% daha parlaq və daha kontrast olublar və 25% daha çox rəng əks etdirirlər. Həmçinin şirkətin rəsmiləri bildiriblər ki, displeylərin enerji sərfiyyatını 30% azaltmağa nail olublar.

Macbook Pro-lara gələn Touch Bar-ın bir digər xüsusiyyəti isə Touch ID dəstəyidir. Bununla da, barmaq izi ilə giriş və Apple Pay ilə satınalmaları tək bir barmaq toxunuş edə bilərsiniz.

Macbook Pro üzərindəki  Thunderbolt 3 girişləri sayəsində fərqli cihazlarla daha asan əlaqə qura biləcək.

Macbook Pro-nun 13 düym və 15 düym ekrana sahib olmaq üzrə fərqli konfiqurasiyaları var.

13 düymlük modelin qiyməti 1499 dollardan başlayacaq. 15 düymlük MacBook Pro modelinin qiyməti isə 2399 dollar təşkil edəcək.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə