“Apple” yeni cihazlarını açıqlayıb

19-03-2020 / 12:44

"Apple" şirkəti "iPad" və "MacBook Air" seriyalarına aid yeni cihazlarını açıqlayıb.

Xeberler.az bildirir ki, yeni "iPad Pro" cihazı A12Z Bionic çipi, 8 nüvəli qrafikalı prosessor, 12 və 10 MP-lik iki kamera, LİDAR skanerilə təchiz olunub.

Yeni "iPad"ın daha bir xüsusiyyəti olan “Magic Keyboard” klaviaturası sayəsində cihazı noutbuk kimi bükmək olar. Birdəfəlik yüklənən enerji 10 saatlıq çalışması üçün kifayətdir.

ABŞ-da gələn həftə, klaviaturası isə may ayında bazara çıxarılacaq "iPad Pro" 11 düyümlük opsionda 799 ABŞ dollarına, 12,5 düyümlük versiyada isə 949 ABŞ dollarına satılacaq.

13 düyümlük "MacBook Air" isə 4 nüvəli "İntel Core i7" prosessoru, 2 Tb-lik SSD toplayıcı, “Magic Keyboard” klaviaturası ilə təchiz olunub və 999 ABŞ dollarına satışa çıxarılacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə