“ASAN xidmət dövlət orqanlarının bütün xidmətlərini qiymətləndirəcək”

10-06-2016 / 13:31

 “ASAN xidmət standartları və tələbləri nəzərə alınmaqla bütün dövlət xidmətlərinin qiymətləndirilməsinin həyata keçirilməsi Dövlət Agentliyinə tapşırılıb". 

Xeberler.az Report-a istinadən məlumat  verir ki,  bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, ASAN xidmət"in indeksini təşkil edən parametrlər qısaca "Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin elektron reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında" fərmanda öz əksini tapıb:

"Bunlara xidmət barədə məlumatlandırılma, xidmətə müraciət imkanları, xidmətin göstərilmə müddəti, xidmətin təşkilində istifadə edilən informasiya ehtiyatlarının elektronlaşdırılması və digər dövlət orqanlarının internet informasiya sistemləri ilə inteqrasiya və s. daxildir".

Ü.Mehdiyev xatırladıb ki, elektron xidmətlərin qiymətləndirilməsi 3 ildir həyata keçirilir: "Hazırda bütün dövlət xidmətlərinin qiymətləndirilməsi həyata keçiriləcək. Dövlət xidmətləri elektron reyestrinin əhatə dairəsi genişləndirildi".

O qeyd edib ki, dövlət xidmətləri barədə məlumatlandırmanın vahid mənbədən həyata keçirilməsini və dövlət xidmətləri barədə məlumatların həmin mənbədən mütəmadi yenilənməsini təşkil etmək məqsədilə qurumlar öz rəsmi internet informasiya ehtiyatlarında dövlət xidmətləri bölməsi yaradacaq, onların dövlət xidmətləri barədə elektron reyestrdəki məlumatlara keçid formalaşdırılacaq və elektron xidmətlərin də həmin bölmədən həyata keçirilməsi oktyabrın 1-dən təmin ediləcək".

Qurum rəsmisi  onu da bildirib ki, ASAN xidmət-ə yeni xidmətin göstərilməsi üçün əlavə ştatların verilməsinə ehtiyac yoxdur.

Onun sözlərinə görə,  bu günədək dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin qiymətləndirilməsi həyata keçirilib:

"Bu gündən sonra dövlət orqanları tərəfindən göstərilən bütün xidmətlər qiymətləndiriləcək. Qiymətləndirmə ASAN xidmət-in göstərdiyi əsas xidmətlərdən biridir və ASAN xidmət yaranandan bununla bağlı bir struktur mövcuddur. Növbəti tapşırığı da həmin struktur icra edəcək ".

Prezident İlham Əliyev  dünən "Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə