İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 4-cü mərhələsinə start verilib. Proqram çərçivəsində növbəti 7500 vətəndaş “Coursera” onlayn təhsil platformasındakı təlimlərdən 6 həftə ərzində ödənişsiz istifadə imkanı qazanıb.
Xeberler.az bildirir ki, aprel ayından başlayan “Milli Proqram”da ümumilikdə 22 min 500 nəfər onlayn təhsil platformasından ödənişsiz yararlanıb. Vətəndaşlar 120 minə yaxın təlimə qoşulub. Təlimləri uğurla başa vuranlar 41 mindən çox beynəlxalq sertifikat əldə ediblər. İstifadəçilər daha çox süni intellekt və data elmi sahəsində təlimlərə üstünlük verib. Bununla yanaşı, layihələrin idarə olunması, yumşaq bacarıqlar, kibertəhlükəsizlik, eləcə də biznes sahəsi üzrə təlimlərə böyük maraq qeydə alınıb.
“Milli Proqram” çərçivəsində istifadəçilərin ən çox müraciət etdiyi 10 təlim aşağıdakılardır:
“Coursera” platformasında Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 12 mindən çox sahəvi kurs və təlimi “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.
Qeyd edək ki, avqust ayından etibarən “Milli Proqram” çərçivəsində “Coursera” platformasında daha 5 təlim Azərbaycan dilinə dublyaj olunaraq vətəndaşların ixtiyarına verilib. Beləliklə, hazırda 15 ən çox tələb olunan təlim Azərbaycan dilində təqdim olunur. (Kursların siyahısı - https://bit.ly/4ogG5Mw).
“Milli Proqram” çərçivəsində daha bir yenilik yerli təhsil müəssisələrinin və özəl şirkətlərin “Course Builder” aləti vasitəsilə öz təlim və kurslarını “Coursera” platformasına inteqrasiya etməyə başlamasıdır.
“Milli Proqram”ın əsas məqsədi Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirmək, vətəndaşların dördüncü sənaye inqilabı texnologiyaları üzrə bilik və bacarıqlarını artırmaq və əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanmasına dəstək verməkdir. Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytından qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər.
Proqram SOCAR, “Paşa Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.
Qeyd edək ki, ötən il “4Sİ Akademiyası”nın pilot mərhələsində 10 min nəfər “Coursera”dan faydalanıb, 4200-dən çox beynəlxalq sertifikat əldə olunub. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnno
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları