Azərbaycanda 84 faiz proqram təminatı lisenziyasızdır

30-10-2017 / 10:35

Bu gün Azərbaycanda istifadə edilən proqram təminarlarının əksəriyyəti lisenziyasızdır.

Xeberler.az bildirir ki,  bunu BSA şirkətinin rəsmisi Nəriman Ramazanov Microsoft şirkətinin Bakıda təşkil etdiyi "Device Day" tədbirində çıxışı zamanı deyib.

N.Ramazanov qeyd edib ki, Azərbaycanda piratçılığa qarşı apardıqları maarifləndirmə işləri öz təsirini verib:

"Apardığlmız maarifləndirmə işləri nəticəsində Azərbaycan bazarında piratçılığın ümumi səviyyəsi 92%-dən 86%-ə, sonra isə 84%-ə düşüb".

Ekspert hesab edir ki, Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların qadağan edilməsi piratçılığın inkişafına müsbət təsir edir:

"2015-ci ilin dekabrında qərar çıxdı ki, sahibkarlıq sahəsində yoxlamalar 2 illik dayandırılsın. Əvvəllər biz yoxlamalar üçün hansısa quruma müraciət edirdik, amma indi bu, alınmır. Bu səbəbdən hələ də piratçılığın səviyyəsi 85% civarında qalıb".

N.Ramazanovun sözlərinə görə, bazarda daha böyük paya malik olan şirkətlərin pirat proqramlarının yayılmasında rolu böyükdür:

"Əslində, əgər lisenziyalı sistem olmasa, mağazalar texnikanı proqramı təminatı olmadan satmalıdır. Amma bir çox hallarda onlar pirat proqramlarından istifadə edir. Düzdü, bu sahədə moratorium elan edilib. Amma bizim məhkəməyə müraciət etmək hüququmuzu kimsə almayıb".

Ekspert deyib ki, Microsoft şirkəti bəzi dövlət qurumlarını pulsuz proqram təminatı ilə təmin edib:

"Microsoft"un baş ofisində qəbul edilmiş qərara görə, Vergilər Nazirliyinin bütün kompüter avadanlıqları pulsuz proqram təminatı ilə təchiz olunub. Təhsil Nazirliyi və bir sıra universitetlərə isə bu, simvolik qiymətə, təxminən 1 000 dollarlıq proqram 5 dollara təqdim edilib".(Report)


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.