Microsoft şirkəti təsdiq etdi ki, o, pirat versiyaların yayılmasının qarşısını almaq gücündə deyil. Lakin bununla yanaşı, piratların kökünü kəsən qlobal proqram buraxılacaq.
Qeyri-leqal əməliyyat sistemləri ilə mübarizənin birinci mərhələsi 49 ölkəyə təsir edəcək. Artıq bəzi Avstraliya satıcılarının hüquqi araşdırılmalarına başlanılıb.
Microsoft-un intellektual xüsusiyyətlərə görə regional direktoru Vanessa Hatli söyləyib ki, şirkət heç vaxt qeyri-qanuni kanallarla, pulsuz əldə edilən pirat əməliyyat sistemi quraşdırmaq istəyənlərin qarşısını ala bilməyəcək. Hatli deyir ki, Microsoft əsas diqqətini, aldatmaqla istifadəçilərə pirat ofis paketləri və ya əməliyyat sistemləri satan satıcılara yönəltməlidir.
Statistikaya görə, Avstraliyada 28% kompüter Microsoft-un qeyri-leqal əməliyyat sistemindən istifadə edir.
Oğurlanmış əməliyyat sistemini yayan kanallardan biri də məşhur internet-auksion eBay olub. Indi kim satışa əməliyyat sistemi və ya ofis paketi ilə disk qoymaq istəyirsə, Microsoft tərəfindən diqqətlə yoxlanacaq.
Bütün bunlara baxmayaraq, pirat proqram yükləyənlərin qarşısını heç kəs ala bilmir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri