Previous Next
Bağla

Microsoft Azərbaycan bankının kompüter avadanlığını yoxlayıb

09-03-2018 12:37
Microsoft Azərbaycan bankının kompüter avadanlığını yoxlayıb

Microsoft şirkəti Azər Türk Bank ASC-də bankın mütəxəssisləri ilə birlikdə keçirdiyi İT-infrastrukturun auditini başa çatdırıb.

Xeberler.az bildiriri ki, nəticələr göstərib ki, bank ən yüksək dünya standartlarına uyğunluğun tərəfdarıdır.

Microsoft-un tələbləri üzrə ziddiyyət aşkar edilməyib, kiçik nöqsanlar isə aradan qaldırılıb.

Proqram aktivlərinin idarə edilməsi sisteminin auditinin nəticələrinə əsasən, Microsoft təsdiq edir ki, bankda proqram təminatı menecmenti və bununla bağlı kibertəhlükəsizlik səviyyəsi dünya standartlarına uyğundur. Ümumiyyətlə Microsoft-un əməliyyat sistmləri üzərində işləyən 695 ədəd kompüter avadanlığı yoxlanılıb. Microsoft şirkəti yüksək peşəkarlıq səviyyəsi, hərtərəfli əməkdaşlıq və bankın proqram aktivlərinin effektiv idarə edilməsinə görə Azər Türk Bank-ın rəhbərliyinə təşəkkürünü bildirib.

“Bu gün dünyada rəqəmsallaşma prosesləri sürətlə inkişaf edir. Bu səbəbdən dövlət bankımız öz proseslərini avtomatlaşdırır və bu gün artıq, demək olar ki, bank proseslərinin 80%-i avtomatlaşdırılıb, biz “online banking” xidmətimizi inkişaf etdirib, müştərilərə onlayn-xidmətlər təklif edirik. Avtomatlaşdırma təhlükəsizlik tələblərinin artımına gətirib çıxarır, bu da, ilk növbədə, lisenziyalaşdırılmamış proqram təminatının tam kənarlaşdırılmasını tələb edir, və bu auditdən sonra əminliklə deyə bilərik ki, iş proseslərinin standartlaşdırılmasının təmin edilməsi üçün nəzərdə tutulmuş Microsoft-un bütün proqram təminatı lisenziyalaşdırılıb”, - deyə Azər Türk Bank-ın İnformasiya texnologiyaları departamentinin rəhbəri Ramin Həşimzadə bildirib.

Microsoft şirkəti lisenziyalaşdırılmış proqram təminatının istifadəsinin əhəmiyyətini bir daha vurğulayır və pirat proqram təminatı ilə işləyən maliyyə şirkətlərinin məruz qaldığı risklər barədə xəbərdarlıq edir. Yüksək texnologiyalar vasitəsilə kibercinayətlərin və fırıldaqçılığın qarşısını almaq və təhqiqatı üzrə aparıcı ekspert şirkəti sayılan Group-IB-nin araşdırmaları göstərib ki, bankların məruz qaldığı kiberhücumlar ildən-ilə inkişaf etdirilir, köhnəlmiş və saxta proqram təminatı isə əksər hallarda boşluqlar mənbəyi olur.

Əksər hallarda mürəkkəb kibersilah qismində proqram məhsullarının pirat versiyaları çıxış edir: geniş intişar etmiş Windows-un pirat versiyasında 63 boşluq (ZDNet) quraşdırılıb, saxta Office paketi isə çox vaxt spamın (Gartner) göndərilməsi üçün istifadə olunur. Haker qruplarının əksər hallaqrda məqsədi – pul köçürmələri üzrə sistemə yol tapmaqdır. Kibercinayətkarlar tərəfindən həyata keçirilən məqsədli hücumlara lisenziyalaşdırılmamış proqram təminatlı bankomatlar məruz qalır. Köhnəlmiş proqram təminatından istifadə də təhlükəli sayılır. Microsoft-un çoxdan istifadəyə verdiyi məhsullar şirkətin dəstək dövründən çıxır: onlar yenilənmir və bu səbəbdən vaxt keçdikcə onlarda daha çox boşluq yaranır. İstənilən proqram təminatı üçün yenilənmələr vacibdir: onlar məhsulu idarə edir, onun nöqsanlarını aradan qaldırır və kiberhücum risklərini azaldır.

Lisenziyalaşdırılmamış proqram təminatından istifadənin qarşısını almaq vacibliyini ölkənin bir çox müəssisə və təşkilatları dərk edir. Şirkətlərin əksəriyyəti mənşəyi məlum olmayan mənbələrdən əldə olunmuş lisenziyalaşdırılmamış proqram təminatının tətbiqi ilə bağlı kibercinayətlərin riskini bu gün Azərbaycanda da istifadə olunan SAM (Software Asset Management) tətbiqi vasitəsilə azalda bilərlər.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda piratçılığın səviyyəsi yüksəkdir-Problem

26-05-2016

Microsoft şirkəti Azərbaycana xəbərdarlıq edib

04-10-2016

Azərbaycan proqram təminatını qanuniləşdirir...

22-06-2011

Azərbaycanda kibertəhlükələr artır- Microsoft xəbərdarlıq edir

11-03-2016

Azərbaycanda 84 faiz proqram təminatı lisenziyasızdır

30-10-2017

Microsoft: “Biz piratçılığın qarşısını almaq iqtidarında deyilik”

22-10-2008

Azərbaycanda pirat proqram təminatının göstəricisi açıqlanıb

20-05-2012

Bakının kompüter dükanlarında növbəti reyd keçirilib

07-05-2015

Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

12-07-2018

"Microsoft": Azərbaycanda piratçılıq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb

10-06-2020

Microsoft-un ən zəif əməliyyat sistemi hansıdır?

09-02-2017

Azərbaycanda istifadədə olan proqram təminatlarının 81 faizi lisenziyasızdır

07-06-2018

“Microsoft” kibercinayətkarlıqla mübarizə mərkəzini istifadəyə verib

16-11-2013

Ölkəmizdə bu şirkət proqram təminatı sata bilməyəcək-Qərar

30-05-2017

Avropada Microsoft-un qiymət siyasətindən narazıdırlar

02-12-2008

DİN “Microsoft” pirat proqram təminatının aşkarlanması istiqamətində Bakının kompüter dükanlarında reydlər keçirib

23-04-2014

Ən təhlükəsiz brauzerlər məlum olub

16-03-2013

Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

04-01-2019

“Microsoft”un süni intellektləri virusları zərərsizləşdirəcək

07-08-2025

Hər 4 saniyədə yeni zərərli proqram təminatı yaranır

20-05-2015

“Microsoft”un səhvi qlobal kiberfəlakətə səbəb ola bilər

08-03-2021

Məhkəmə ABC Telecom-un müraciətini rədd edib

06-09-2017

Microsoft-un proqram təminatındakı boşluqların sayı açıqlandı

20-02-2018

“Azərbaycanda piratçılıq səviyyəsi 90 faiz təşkil edir”

15-12-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə