Azərbaycanlı hakerlər Ermənistanın dövlət saytlarını dağıtdı

27-06-2018 / 10:31

Anti-armenia Team-in hakerləri tərəfindən ermənistana geniş miqyaslı kiber hücumlar həyata keçirilib.

Xeberler.az bildirir ki, azərbaycanlı gənclərdən ibarət olan haker qrupu Azərbaycan ordusunun 100 illiyi ilə əlaqədar olaraq Ermənistanın dövlət saytlarını dağıdaraq həmin saytlara bəzi vətənpərvər şüarlar yazıb.

Belə ki, Anti-armenia Team-in rəhbəri Ferid23 kod adlı haker tərəfindən ermənistan parlamentinin və həmçinin ermənistanın bütün nazirliklərinə və dövlət təşkilatlarına məxsus olan elektron sənəd dövriyyəsi sistemi dağıdılıb, dağıdılan saytlarda “Ali Baş Komandanım, Generalım, Zabitim, Əsgərim, Müstəqil Azərbaycanım! Müstəqil Ordum! Bayramın Mübarək! 100 İllik Şərəf Yolun, Müqəddəs Yolun Mübarək!” sözləri və Azərbaycanın 3 rəngli dövlət bayrağı yerləşdirilmişdir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.