Osman Gündüz: Ermənistanda “satqın ovu” başlandı

20-10-2020 / 08:55

“Ermənistan daxilində vəziyyət deyəsən xeyli gərginləşib. Həm də gərginləşən yalnız siyasi vəziyyət deyil. Burada xain axtarışı davam edir İndi də Ermənistanın ən böyük mobil operatorunun – Rusiyaya məxsus Viva-MTS –in baş direktoru Ralph Yirikyanı vətənə xəyanətdə ittiham ediblər. Bununla bağlı Ermənistan Baş nazirinin aparatının keçmiş işlər müdiri açıqlama verib. Sonradan o statusunu “gizlədib” və bəyan edib ki, əgər bununla bağlı təhlükəsizlik qurumları rəsmi təkzib verməsə yenidən açıqlayacaq”.

Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O, qeyd edib ki, zaman-zaman bu Yirikyanı Ermənistanda anti-Rusiya dairələrini maliyyələşdirməkdə ittiham edirdilər:

“Əslən Livandan olan, Beyrutda Amerika Universitetini bitirən Ralf həmin şəxsdir ki, bir müddət Qarabağda qanunsuz fəaliyyət göstərən, Livanlı Fatuş qardaşlarına məxsus olan Karabakh Telecom mobil operatorunun da baş direktoru işləyib. Onun adı vaxtilə Ermənistan prezidentiliyinə real namizəd olaraq da hallanırdı. Rusiyaya məxsus olan Viva-MTS mobil operatoru baş direktorla bağlı yayılan xəbərləri təkzib edib. Yeri gəlmişkən, bu günlərdə Rusiyaya məxsus həmin bu Viva-MTS operatoru Qarbağa dəstək məqsədilə “Hər şey Arsak” üçün devizi altında keçirilən aksiyada da yaxından iştirak edərək “Hayastan” Fonduna 131 milyon dram vəsait köçürüb. Ermənistanın Rusiyaya məxsus olan digər bir operatoru –Beeline (Veon Armenia) da həmin adı çəkilən fonda 100 milyon dram yardım edib. Belə görünür ki, Rusiya təkcə silahla kömək etməklə kifayətlənmir”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə