İşdən çıxarılan RYTN işçisi prezidentə müraciət edib

11-08-2016 / 16:48

Uzun illər Rabitə və Yüksək Texnologiyalar Nazirliyin Məlumat Hesablama Mərkəzində çalışan  və bu yaxınlarda vəzifəsindən azad edilən İlqar Abdullayev  prezident İlham Əliyevə müraciət  ünvanlayıb.

Xeberler.az -a daxil olan müraciət məktubunda İlqar Abdullayev  qeyd edir ki, hazırda işsizdir və  onun bütün iş təcrübəsi rabitə və İKT sahəsi ilə bağlıdır.

O qeyd edir ki, mövcud şəraitdə başqa yerdə iş tapmaq demək olar ki, mümkün deyildir MHM-in əvvəlki rəhbərliyi ilə heç bir qohumluq və şəxsi əlaqələri olmayıb, bu cür əlaqələrdən bəhrələnmıyib, vəzifəsindən şəxsi məqsədlərim üçün sui-istifadə hallarına yol verməyib:

“Hazırda 1994-cü ildə Avtomobil Nəqliyyatı Nazirliyindən gənc mütəxəssis kimi mənə verilən birotaqlı mənzildə yaşayıram. Yaşadığım birotaqlı mənzildən başqa heç bir daşınmaz əmlaka malik deyiləm. Cari ilin 19 yanvar tarixində heç bir hüquqi əsas olmadan MHM-in yeni direktoru Elnar Əsədov tərəfindən mənə bildirildi ki, “ərizə yaz, başqa uyğun işlə təmin ediləcəksən”. Çıxılmaz vəziyyətdə qalıb müəssisə daxilində başqa işə keçirilməyim barədə “Xahiş edirəm, məni başqa işə keçirəsiniz” ərizə yazmağa məcbur oldum. Lakin bundan sonra heç bir hüquqi əsas olmadan, qeyri-qanuni olaraq, AR Əmək məcəlləsinin 68-ci maddəsinə istinad edilməklə, (halbuki həmin maddədə belə bir şey nəzərdə tutulmayıb) mənim əmək müqaviləmə xitam verilmişdir Halbuki əmək qanunvericiliyinin tələblərinə görə işçinin əmək müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi qəti yolverilməzdir. Mən gözlədim, beş ay keçsə də mənə heç bir iş təklif olunmadı və mən aldadıldığımı başa düşdüm. Beləliklə də, iddia müddəti bitdiyinə görə məhkəməyə də müraciət edə bilmədim. Hazırda işsizəm və mənim bütün iş təcrübəm rabitə və İKT sahəsi ilə bağlıdır. Mövcud şəraitdə başqa yerdə iş tapmaq demək olar ki, mümkün deyildir. Belə bir vəziyyətdə mən nə etməliyəm?”.

İlqar Abdullayev qeyd edib ki, əvvəlki rəhbərliyə yaxın olan, bilik və bacarıqları məndən qat-qat aşağı olan işçilərin əksəriyyəti hazırda MHM-də işlədiyi lalda, onun  işdən çıxarılmağına  heç bir hüquqi və ya məntiqi arqument yoxdur:

“Mən hətta rabitə, İKT və “Elektron hökumət” quruculuğu ilə bağlı bilik səviyyəmin, peşəkarlığımın istənilən formada (komissiya, test və s.) yoxlanılaraq qiymətləndirilməsinə də hazıram. Əlavə olaraq bildirmək istəyirəm ki, mən 25.07.2016-cı il tarixdə Prezident Administrasiyasında qəbulda oldum. Məni dinlədikdən sonra elə həmin gün Prezidentin Müşavirinin qəbuluna yazdılar və Müşavir həmin gün məni qəbul edərək 45 dəqiqə dinlədi. Müşavir müraciətimin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə (ƏƏSMN), RYTN-ə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına göndəriləcəyini bildirdi və problemin RYTN çərçivəsində araşdırılmasının zəruri olduğu üçün yenidən nazirliyə müraciət etməyiimi tövsiyə etdi. Təəssüf ki, mən, 17 il stajı olan rabitəçi kimi, RYT nazirinə 6-cı dəfədir müraciət edirəm və onun qəbuluna düşə bilmirəm. Nazirliyin aidiyyəti əməkdaşları tərəfindən vəzifə funksiyaları çərçivəsində müraciətdə qeyd olunanlar üzrə müvafiq araşdırma aparmaq əvəzinə, müraciətə müşayiət məktubu əlavə etməklə, yenidən MHM-ə göndərmələri və MHM-dən mənə başdansovdu (otpiska), məntiqsiz cavab verilməsi vətəndaşı “ələ salmaq”dan başqa bir şey deyildir. Prezident Administrasiyasından Dövlət Müşaviri cənab V.Axundovun imzası ilə RYTN-ə qeyd olunan məsələnin araşdırılması və qanunvericiliyə uyğun olaraq tədbir görülməsi barədə  məktub göndərilməsinə baxmayaraq, RYTN tərəfindən həmin məktuba bu günədək heç bir reaksiya verilməib ”.

İlqar Abdullayev prezidentdən qanunsuz çıxarılmağımın səbəbinin araşdırmasını və RYTN-in tabeli strukturlarında bilik və təcrübəmə uyğun müvafiq bir işlə təmin olunmağıma köməklik göstərilməsini xahiş edib.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə