Məhkəmələrə elektron qaydada müraciətlərin sayı 3 mini ötüb

20-05-2019 / 13:46

Bir müddət bundan əvvəl dövlət başçısını sərəncamə ilə biznes mühiti və reytinqlər üzrə xüsusi komisiya yaradılıb.

Komisiyanın tərkibində fəaliyyət göstərən 18 işçi qurup mövcüd vəziyyəti, qanunvericiliyi təhlil etmiş və bir çox mütərəqqi, o cümlədən də məhkəmələrə müraciət imkanları asanlaşdıran təkliflər hazırlayıb.

Xeberler.az məlumat verir ki, bunu Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini Azər Cəfərov bildirib.

Onun sözlərinə görə ölkə başçısının ötən ilin sonunda təşəbbüsü ilə qanunvericiliyə edilmiş dəyişiklilərə əsasən, mülki və iqtisadi mübahisələr dar işlər üzrə icratın artıq elektron qaydada aparılması, məhkəmə sənədlərinin tərəflərə, proses iştirakçılarına elektron qaydada dərhal ötürülməsi və dövlət rusumlarının elektron qaydada ödənilməsi mümkün olmuşdu. Artıq 5 ilə yaxındır ki, iqtisadi mübahisələr üzrə icraat yalnız elektron məhkəmə informasiyası sistemi vasitəsi ilə, digər mülki işlər bu ənənəvi yolla həmin sistemlə aparılır. Bu müddət ərzində məhkəmələrə elektron qaydada müraciətlərin sayı 3 mini ötmüşdü. Bunun da hardasa 1000 işi iqtisadi mübahisələrdir.

Vahid Məhkəmə Portalında məhkəmə prosesi iştirakçısının şəxsi kabneti, elektron icraatın çoxsaylı funksiyalarından da artıq istifadə etmək mümkündür.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.