“Elektron məhkəmə” sistemi bu gündən bütün ölkəni tam əhatə edir
İyun ayının 2-də Şəmkir Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin ölkə üzrə tam tətbiqinin yekun mərasimi keçirilib.
Xeberler.az Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən bildirir,
Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda idarəçilik departamentinin müdiri Daniel Boyce, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Ədliyyə Nazirliyinin və Dünya Bankının aidiyyəti rəhbər işçiləri, yuxarı və birinci instansiya məhkəmələrinin sədr və hakimləri, regional və yerli ədliyyə qurumlarının məsul əməkdaşları, prokurorlar, vəkillər, hüquq mühafizə orqanlarının təmsilçiləri, vətəndaş cəmiyyəti institutları və media iştirak ediblər. Eyni zamanda digər aidiyyəti məhkəmələr tədbirə videokonfrans formatında onlayn qoşulublar.
Bu gün tətbiq olunan “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə müraciət edilməsindən qərarın icrasına qədər bütün proses əhatə olunur. İddianın verilməsi, onun qeydiyyatı, rüsumların ödənilməsi, işlərin hakimlər arasında bölüşdürülməsi, tərəflərin dəvət edilməsi, elektron kabinetlərin yaradılması və onun vasitəsilə proses barədə məlumatların və məhkəmə sənədlərinin əldə edilməsi, habelə şikayətlərin verilməsi və s. məsələlər elektron sistem vasitəsilə həyata keçirilir.
Şəffaflığın təmini məqsədilə proseslərin audio-video yazısının aparılması, onların video-konfrans vasitəsilə keçirilməsi imkanının yaradılması, bəzi kateqoriya işlərin, o cümlədən artıq 4 ildir ki, kommersiya işlərinin yalnız elektron qaydada aparılması təmin edilib. E-məhkəmə sistemi ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə müxtəlif məhkəmə monitorinqlərinin keçirilməsinə, məhkəmə statistikasının elektron qaydada və dolğun aparılmasına şərait yaradıb. Həmçinin vətəndaş məmnunluğunun və sistemin imkanlarından geniş istifadənin təmin edilməsi məqsədilə onun mobil versiyası yaradılıb.
Nazir hazıradək Bakı, Sumqayıt, Şəki və Naxçıvan MR apellyasiya məhkəmələrinin yurisdiksiyasına aid məhkəmələrdə e-məhkəmənin tətbiqini qeyd edərək, bu gündən digər – Gəncə və Şirvan apellyasiya məhkəmələrinin yurisdiksiyasına daxil olan bütün məhkəmələrin qoşulması ilə “Elektron məhkəmə” informasiya sisteminin ölkəni tam əhatə edildiyini vurğulayıb, bu münasibətlə iştirakçıları, hakim korpusunu təbrik edib.
Dünya Bankının departament müdiri D.Boyce çıxış edərək “Elektron məhkəmə” sisteminin ölkə üzrə tam tətbiqi münasibətilə Azərbaycanı təbrik edərək mürəkkəb bir prosesin uğurla həyata keçirilməsini böyük və tarixi nailiyyət kimi dəyərləndirib. Bildirib ki, bəzi dövlətlərdə ədliyyə sisteminin müasirləşdirilməsi prioritet olmadığı halda, Azərbaycanda bu sahədə çox böyük işlər görülüb.
Tədbirdə qeyd olunub ki, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanının icrası çərçivəsində qanunvericiliyə konseptual dəyişikliklər edilib, cəza siyasəti humanistləşdirilib, “Elektron məhkəmə” informasiya sisteminin funksionallığı artırılıb, mediasiyanın tətbiqi, məhkəmə rüsumlarının differensiasiyası təmin olunub. Yeni kommersiya və inzibati məhkəmələr təsis edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri