Microsoft yeni bulud sistemi yaradır

24-05-2017 / 12:35

Microsoft şirkəti süni DNT istehsalı üzrə ixtisaslaşmış Twist Bioscience ilə birgə əməkdaşlıq edir.

İstehsalçılar hesab edir ki, onların məlumat daşıyıcıları ölçülərinə görə Xerox-un 70-ci illərdəki sürətçıxarma texnikası ilə müqayisə oluna bilər.

Xeberler.az  İnformasiya Texnologiyaları İnstitutuna istinadən  bildirir ki, məlumat daşıyıcısı kimi istifadə olunan DNT son dərəcə yüksək sıxlıqla yazı qabiliyyətinə malikdir.

Süni DNT-dən istifadə saxlanılan informasiyanın həcminin sürətli artımı problemini həll edəcək və  onun saxlaması üçün yeni metodların hazırlanmasından uzun müddətli azad edəcək.

Tədqiqatçılar, həmçinin DNT-də məlumatın yazılmasını sürətləndirməyi planlaşdırırlar. Hazırda sürət 400 bayt saniyə təşkil edir. Tezliklə bu göstərici saniyədə 100 meqabayta qədər artırılacaq. 

İndiyədək DNT-məlumat daşıyıcılarının hazır prototipləri mövcud olsa da, onların qiymətinin yüksək olması bu texnologiyanın hər yerdə yayılmasına mane olur.

Microsoft nümayəndələri əmindir ki, DNT-də məlumatların saxlanılmasının dəyəri ən azı 10 min dəfə azaldılmalıdır ki, texnologiya kütlələrə doğru irəliləsin.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə