Previous Next
Bağla

Microsoft Azərbaycanda da ixtisarlara başlaya bilər?-Açıqlama

28-01-2017 12:46
Microsoft Azərbaycanda da ixtisarlara başlaya bilər?-Açıqlama

Məlum olduğu kimi, son dövrlər ABŞ-ın  texnologiya nəhəngi Microsoft üçün işlər yolunda getmir. Bunun nəticəsidir ki, şirkət  2 minə yaxın adamı işdən çıxarıb, yaxında isə 700 nəfəri işdən azad edəcək.

Bir müddət öndə qeyd etdiyimiz kimi, Microsoft strategiya dəyişikliyinə uyğun  olaraq təxminən 3 min adamı işindən çıxaracağını açıqlayıb.

Şirkət ötən gün bu strategiyaya uyğun  yaxın zamanda daha 700 adamın işdən çıxarılmasıyla hədəfinə çatacağını paylaşıb.

Bununla da şirkət hədəflədiyi işdən çıxarma rəqəmlərinə çatmış olacaq və yeni strategiyasına uyğun olaraq təxminən 1600 adam işə götürəcək.

Məlumatlara görə, Microsoft-da işdən çıxarılanların əksəriyyət mobil sektor üzrə işləyənlər olub.

Ekspertlər də düşünür ki, şirkət mobil bazarda gözlədiyi müvəffəqiyyəti əldə edə bilməyib və bu bazardan imtina edib. İndi isə bütün diqqəti bulud texnologiyalarına yönəldib.

Marqlıdır, görəsən şirkətin yeni strategiya dəyişikliyi regionlardakı fəaliyyətinə də təsir edəcək?

Məlumdur ki, hazırda şirkətin ölkəmiz üzrə bölməsi  “Microsoft Azerbaijan” fəaliyyət göstərir. Bu kütləvi işdən çıxarmaların Azərbaycana da təsiri ola bilərimi?

“Microsoft Azerbaijan şirkəti əməkdaşlarının sayını azaltmağı və ya strategiyasını dəyişməyi planlaşdırmır. Biz hər zaman olduğu kimi bulud texnologiyaları sahəsində ölkə üçün prioritet sahələri inkişaf etdirməyə, ən son texnoloji yeniliklərə keçidi təmin etməyə davam edəcək və Azərbaycanda innovasiyanın yüksəlişinə dəstək verəcəyik”.

Bunu məsələ ilə bağlı Xeberler.az-ın sorğusuna cavab olaraq Microsoft Azerbaijan-dan bildiriblər.

Qeyd edilib ki, şirkətin Milli İnkişaf Planına uyğun olaraq, əsas priotetlər qısamüddətli hədəf kimi iqtisadiyyatın bütün sahələrində xərclərin səmərəliliyinin artırılması, uzunmüddətli hədəf kimi isə innovasiya yönümlü qeyri-neft sektorunun inkişafı, təhsil sisteminin fərdiləşdirilmiş tədris istiqamətində transformasiyasıdır.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Microsoft daha 700 nəfəri işdən çıxarır

23-01-2017

Microsoft 2 min 850 nəfəri işdən çıxarır

29-07-2016

Microsoft 5 min adamı işdən çıxaracaq

24-02-2009

"Microsoft" daha 9 min nəfəri işdən çıxaracaq

02-07-2025

“Microsoft” 6 000 əməkdaşını ixtisar edəcək

14-05-2025

“Microsoft” Fransada əməkdaşlarının 10 faizini ixtisar edir

03-09-2025

“Microsoft” şirkətində ixtisarlar başlayıb

09-07-2010

Microsoft da 800 işçisini ixtisara saldı

23-11-2009

Microsoft yüzlərlə işçisi ilə yollarını ayırdı

25-01-2018

Microsoft telefon bazarından gedir

26-05-2016

Microsoft Azerbaijan şirkətinə yeni baş menecer təyin edilib

07-11-2019

IBM, 5 min adamı işdən çıxaracaq

26-03-2009

İntel 12 min nəfəri işdən çıxaracaq

20-04-2016

“Microsoft Azerbaijan” yeni layihəyə başlayır

12-05-2015

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016

Microsoft ölkəmizdəki nümayəndəliyini bağlayır-Eksklüziv

15-11-2022

Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

06-03-2015

Cisco Systems əməkdaşlarını işdən azad edəcək

13-05-2011

“Microsoft” şirkəti yeni proqramlarının Azərbaycan dilinə lokallaşdırılması üzrə işlərə başlayıb

14-03-2014

xAI yüzlərlə işçisini ixtisar edib

15-09-2025

Bakıda “Microsoft” İnnovasiya Günü keçirilib

12-03-2015

Microsoft və Amazon müqavilə imzaladı

02-09-2015

Facebook-a yaxın əraziyə köçən işçilər 10 min dollar alır

20-12-2015

Microsoft 7,8 minədək iş yerini ixtisar edəcək

09-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə