“İstehsal şirkətlərindən yarısından çoxu “bulud” sistemlərindən istifadə edir”

15-04-2015 / 12:35

“IDC” analitik şirkətinin keçirdiyi sorğuya görə, dünyanın əksər istehsal şirkətləri artıq ümumi (66 faiz) və ya özəl (68 faiz) “bulud” sistemlərindən minimum iki əlavədə istifadə edir.

Xəbərlər "Computerworld” saytına istinadən bildirir ki,  analitiklər qeyd edirlər ki, “bulud” texnologiyaları çeviklik və biznesin İT resursları ilə təmininin ucuz başa gəlməsi kimi bir sıra üstünlüklərə malikdir. Lakin eyni zamanda tez-tez “bulud” və ənənəvi sistemlərin paralel qurulması (cloud also) strategiyasından istifadə olunur. Rəyi soruşulanların 61,6 faizi ondan yeni İT xidmətlərinin həyata keçirilməsində, 56,8 faizi mövcud olanların əvəz olunmasında istifadə etdiyini bildirib.

Respondentlərin yalnız 30-35 faizi hesab edir ki, “bulud” texnologiyalarının tətbiqi ilk növbədə şirkətlərin biznes bölmələri (logistika və təchizat, satışlar, işləmələr və ya əməliyyat fəaliyyəti) üçün faydalıdır.  Sorğu iştirakçılarının əksəriyyəti üstünlüyün əsasən İT xidmətləri üçün olduğunu qeyd edib. 

Analitiklərin fikrincə, yaxın on ildə genişmiqyaslı fəaliyyət göstərmək istəyən istehsalçılar üçün “bulud” texnologiyaları yeni sistemlərin həyata keçirilməsi üçün standart rolunu oynayacaq. Qısamüddətli perspektivdə istehsalçılar özəl “bulud” sistemləri vasitəsilə mövcud infrastrukturu genişləndirə biləcəklər ki, bu da məlumatların təhlükəsizliyi üçün ciddi təhlükə yaratmayacaq, eyni zamanda çevikliyi artıracaq və vəsaitə qənaət edəcək.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə