Mobil nömrələrin satışı və aktivləşdirilməsi qaydaları dəyişdirilir

13-08-2015 / 17:03

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 may 2015-ci il tarixli 200 nömrəli qərarına əsasən “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı  tələb olunan şərtlərin təsdiq edilməsi haqqında" 2005-ci il 7 iyul tarixli 131 nömrəli qərara dəyişikliklər edilib.

Belə ki, yeni qərar əsasında telefon nömrələrinin (Sim kartların) satış qaydalarında mühüm dəyişiklik edilib. Tezliklə, yeni qərara uyğun olaraq nömrə satışı zamanı yol verilən bir çox pərakəndə proseslərin sistemləşdirilməsi, eyni zamanda, mövcud qüsurların aradan qaldırılması üzrə tədbirlər görüləcək və yaradılacaq texniki qaydalara uyğun abunəçi informasiya bazası əsasında sosial əhəmiyyətli elektron  xidmətlərin hazırlanması mümkün olacaq.

Bununla bağlı  bu gün "Elektron Hökumət" portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM)  Azercell Telekom MMC-nin nümayəndələri ilə görüş keçirilib.

Bu barədə Xeberler.az-a MHM-dən məlumat verilib.

Görüşdə mobil nömrə satışının qərara edilmiş dəyişikliklər üzrə yeni qaydalara uyğun təşkili ilə əlaqədar bir sıra texniki və prosedur məsələlər müzakirə edilib. Görüş çərçivəsində mobil nömrələrin operatorun şəbəkəsində aktivləşdirilməsi ilə bağlı ərizəçiyə aid məlumatların fiziki və hüquqi şəxslər üçün "Elektron Hökumət" portalına qoşulmuş informasiya sistemləri vasitəsilə ilkin mənbədən identifikasiya edilərək operatorların və MHM-in vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edildikdən sonra 24 saat müddətində nömrənin aktivləşdirilməsinin təmin olunmasının texniki tərəfləri ətraflı müzakirə edilib.

Portal üzərindən təqdim olunacaq texniki dəstək və imkanlar barədə ətraflı danışıldı. Həmçinin, görüş əsnasında nömrə satışı üzrə cari biznes proses nəzərdən keçirildi. Bu prosedurların yeni dəyişikliklərə uyğunlaşdırılması ilə əlaqədar tətbiq ediləcək texniki təfərrüatlar müzakirə edilib.

Tezliklə, mobil nömrələrin satışı, nömrələrin digər operatora daşınması və nömrələrin addan-ada keçirilməsi prosesi tamamilə avtomatlaşdırılaraq "Elektron Hökumət" portalı üzərindən həyata keçiriləcək.

Məltəm Talıbzadə 

 

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.