“Vahid Miqrasiya Məlumat Sistemi” müzakirə edildi

29-10-2015 / 11:32

“Elektron Hökumət” portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli nümayəndələri ilə görüş keçirilib

MHM-dən Xeberler.az-a verilən məlumata görə, görüşdə Dövlət Miqrasiya Xidmətinin "Elektron hökumət" portalına inteqrasiya olunmuş Vahid Miqrasiya Məlumat Sistemi ilə əlaqədar texniki, proqram və prosedur məsələlər ətraflı müzakirə edilib.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarı ilə "Elektron Hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı təsdiq edilib.  Bu siyahıda Dövlət Miqrasiya Xidmətinin aşağıdakı informasiya sistemi qeyd olunub:

* Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi

Görüşdə MHM-in nümayəndələri tərəfindən qeyd olundu ki, “Fərdi məlumatlar haqqında Qanun”un tələblərinə uyğun olaraq, İnformasiya sistemlərinin portala qoşulmasını sürətləndirmək, informasiya sistemlərində subyektlər haqqında toplanmış məlumatların subyektə təqdim edilməsi üçün, fərdi məlumatlar haqqında qanunun tələblərinə uyğun olaraq elektron hökumət sistemində  qurumlararası servislər bölməsi yaradılmışdır.  Servislər vasitəsilə subyektlər özləri haqda toplanmış məlumatların səhihliyinə nəzarət etmək imkanı əldə etmiş olacaqlar.

Əsas məsələlərdən biri kimi, mobil nömrə satışı qaydalarına edilmiş dəyişikliklərə uyğun olaraq Azərbaycan Respublikasına daxil olan əcnəbi vətəndaşlar mobil nömrə alarkən MHM-in Sellülar (mobil)  Nömrə  Satışı  üzrə  Vahid  İnformasiya Sisteminin  xidmətlərindən  istifadə zamanı ortaya çıxa biləcək məsələlər müzakirə edildi.

Bundan başqa, DMX-nin nümayəndələri ilə “Elektron Hökumət” portalı üzərindən digər qurumlarla inteqrasiya məsələləri barədə müzakirələr aparıldı. Görüşdə DMX-nin nümayəndələri tərəfindən bildirildi ki, "Elektron Hökumət"in inkişafı üçün qurumlararası məlumat mübadiləsi prioritet məsələdir və onlar tərəfindən bu yüksək qiymətləndirilir.

Qeyd edirik ki, hazırda Dövlət Miqrasiya Xidmətinin 10 xidməti elektronlaşaraq portal üzərindən vətəndaşların istifadəsinə verilib. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə