Previous Next
Bağla

“Azərişıq ASC” “Elektron hökumət” portalına inteqrasiya olunur

06-05-2015 17:38
“Azərişıq ASC” “Elektron hökumət” portalına inteqrasiya olunur
Dövlət orqanlarının elektron xidmətlərindən "bir pəncərə” prinsipi əsasında istifadənin təşkili üçün "Elektron hökumət” portalının təkmilləşdirilməsi, elektron xidmətlərin təşkili sahəsində dövlət orqanlarının elektron xidmətlərindən geniş istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq dövlət orqanlarının portala inteqrasiyası üzrə işlər davam etdirilir.
 
Xəbərlər-in RYTN-nin Məlumat Hesablama Mərkəzindən aldığı məlumata əsasən,  daha bir dövlət qurumunun portala inteqrasiyası ilə əlaqədar toplantı keçirilib.
"Azərişıq”  ASC-nin aidiyyatı nümayəndələrinin iştirak etdiyi toplantıda qurumun portala inteqrasiyası ilə əlaqədar mövcud informasiya sistemlərinin FİN-ə uyğunlaşdırılması və informasiya sisteminin formalaşdırılmasının ilkin mənbədən aparılması məsələləri müzakirə edildi.
 
Bununla yanaşı, Nazirlər Kabinetinin 2010-cu il 17 may tarixli 89 nömrəli qərarının müvafiq bəndinə əsasən "Azərişıq” ASC-nin yaradılması ilə əlaqədar reyestrlərdə müvafiq dəyişiklərin edilməsinin zəruriliyi vurğulandı.
 
Toplantıda MHM tərəfindən qurumun portala qoşulması üçün texniki məsələlərin həll edilməsi istiqamətində və informasiya sisteminin FİN-ə uyğunlaşdırılması ilə əlaqədar dəstəyin göstəriləcəyi vurğulandı. Həmçinin, MHM "Azərişıq” ASC-yə informasiya sisteminin formalaşdırılmasının ilkin mənbədən aparılması üçün portal üzərindən  İAMAS-dan servisin ötürülməsini təmin edəcək.
 
Toplantıda "Azərişıq” ASC tərəfindən portal üzərindən təqdim ediləcək elektron xidmətlərin adları müəyyənləşdirildi.
Tezliklə portal üzərindən, enerji haqlarının internet vasitəsilə ödənilməsi, işıq kodunun yeni abunəçinin adına keçirilməsi üçün e-müraciət, istehlakçıların elektrik şəbəkəsinə qoşulması üçün e-müraciət, enerji borcu olmaması barədə elektron arayış kimi elektron xidmətlər təqdim ediləcəkdir.
 
İlkin mərhələdə portalda qeydiyyatdan keçən istifadəçinin FİN-ə görə işıq kodunun avtomatik təyin edilməsi  və  avtomatik təyin edilmə   mümkün olmadıqda abonent kodunu əllə daxil edilməsi imkanları yaradılması nəzərdə tutulur.
 
Sevinc Çəltikova
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Qaz abunəçiləri üzrə informasiya ehtiyatı”nın inteqrasiyası müzakirə olunub

29-04-2015

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013

Daha bir Dövlət Agentliyinin xidməti Portala qoşulacaq

14-08-2015

Azəriqaz-ın xidmətləri portala inteqrasiya olunur

13-08-2015

Daha bir qurum “Elektron Hökumət” portalına qoşulur

21-10-2015

Daha bir qurum “Elektron hökumət” portalına qoşuldu

19-05-2015

Daha bir qurum xidmətini “Elektron hökumət” portalına inteqrasiya edib

16-06-2015

Nazirlik yeni elektron xidmətlərini “Elektron Hökumət” portalına inteqrasiya edir

10-06-2015

Təhsil arayışları elektron formada veriləcək

25-11-2015

Elektron hökumət internet portalının (www.ehdis.az) I fazası istifadəyə verilib.

25-04-2012

Mobil nömrələrin satışı və aktivləşdirilməsi qaydaları dəyişdirilir

13-08-2015

Daha bir elektron xidmət “mygov”a inteqrasiya edilib

03-04-2025

Dövlət qurumlarında informasiya ehtiyatlarının və sistemlərinin monitorinqi keçiriləcək

25-05-2015

Azərbaycanda informasiya sistemlərinin texniki tələblərə uyğunluğu yoxlanılır

21-02-2015

"Azərsu" ASC "e-su.az" portalını istifadəyə verib

24-09-2020

Mobil nömrələrin satışı portal üzərindən aparılacaq

11-12-2015

“Azərişıq" elektron qaydada 30 mindən çox vətəndaşa xidmət göstərib

03-02-2023

“Vahid Miqrasiya Məlumat Sistemi” müzakirə edildi

29-10-2015

Dövlət qurumları MHM-in sorğusunu cavablandırıb

03-07-2015

“Elektron Tikinti Portalı” altsistemi yaradılacaq

14-06-2023

Ünvanlı dövlət sosial yardım sistemi təkmilləşdirilir

26-08-2015

Azərişıq onlayn rejimə keçir

10-09-2015

Elektrik təchizati şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub

18-03-2019

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

30-05-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə