Previous Next
Bağla

Mobil operatorlar yeni tələblərlə razıdır?- Rəsmi

16-11-2016 12:50
 Mobil operatorlar yeni tələblərlə razıdır?- Rəsmi

Məlumat verdiyimiz kimi, Azərbaycanda rabitə müəssisələri (operatorlar) ilə bağlı yeni tələblər irəli sürülür.

Belə ki, Milli Məclisdən verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 362-1 və 362-2 maddələrinin əlavə edilməsi təklif olunur.

362-1 maddəsində rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan məlumatların daxil edilməməsinə görə cərimələrin tətbiqi nəzərdə tutulur.

Həmin maddəyə əsasən, yuxarıda qeyd olunan tələbin yerinə yetirilməməsinə görə, vəzifəli şəxslər iki min, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd min, hüquqi şəxslər altı min manat cərimə edilir.

362-2-ci maddədə isə ərizəçiyə dair məlumatların vahid məlumat bazasına elektron formada daxil edilmədən telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsinə görə cərimələr nəzərdə tutulur. Bu tələbin yerinə yetirilməməsinə görə, vəzifəli şəxslər iki min, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd min, hüquqi şəxslər altı min manat cərimə edilir.

Təklif edilən dəyişikliklərin Milli Məclisin növbəti plenar iclaslarında müzakirəyə çıxarılacağı gözlənilir.

Bu yeni təklif mobil operatorların fəaliyyətinə  necə təsir edəcək? Ümumiyyətlə, onlar Milli Məclisin yeni tələbələrini necə qiymətləndirir?

Dünən bununla bağlı Azercell-in rəsmi münasibətini təqdim etmişdik.

Ölkədə fəaliyyət göstərən digər operatorlar da məsələyə rəsmi münasibət bildirib.

Azerfon MMC-dən  Xeberler.az-a verilən məlumata görə, şirkət Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin müddəalarına riayət etməklə fəaliyyətini təmin edir.

Qeyd edilib ki, qanunvericiliyə edilməsi gözlənilən bu əlavələrin qüvvəyə minməsi ilə Azerfon  öz fəaliyyətinin təşkilində müvafiq tələbləri nəzərə alacaq.

Məlumat üçün bildirək ki, “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyul tarixli 131 nömrəli qərarında dəyişikliklər edilməsi  ilə müvafiq olaraq telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsi, ərizəçiyə dair məlumatlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) üzərindən, fiziki şəxslər üçün “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi”, hüquqi şəxslər üçün isə Elektron Hökumət Portalına qoşulmuş informasiya sistemləri vasitəsilə identifikasiya edilərək “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı zamanı tələb olunan şərtlər”ə uyğun olaraq operatorların və MHM-in vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edildikdən sonra 24 saat müddətində təmin olunması nəzərdə tutulub.

Bakcell şirkəti məsələyə münasibət bildirərkən yuxarda qeyd edilən sistemin fəaliyyətini təmin etmək məqsədi ilə bir mobil operator Bakcell tərəfindən artıq bütün lazımi texniki-təşkilati tədbirlər görülüb və müvafiq testlər aparıldığını vurğulayıb.

Şirkət yeni təklifləri müsbət qarşılayıb:

“Şübhəsiz, ölkə miqyasında rabitə müəssisələri (operatorlar) tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslər haqqında vahid məlumat bazasının formalaşdırılması tərəfimizdən müsbət qarşılanır. Belə ki, bu sistemin tam fəaliyyətə düşməsi və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan məlumatların daxil edilməməsinə görə cərimələrin tətbiqi telekommunikasiya sahəsində ölkə vətəndaşlarına göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsinə öz töhfəsini verəcək”.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda mobil operatorlarla bağlı yeni tələblər

15-11-2016

“Azercell qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərir”-Açıqlama

15-11-2016

Mobil cihazın qeydiyyatından yayınanlar cərimə ediləcək-Məbləğlər

28-01-2023

Telefon nömrələrinin satış qaydaları dəyişdi

24-08-2015

Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək

30-11-2022

Telekommunikasiya vasitələrinin qanunsuz dövriyyəsinə görə yeni cərimələr məlum olub

04-02-2023

Bu qurğulardan qanunsuz istifadə ilə bağlı cərimələr təsdiqləndi

27-12-2022

Telefon nömrələrinin (Sim kartların) satış qaydaları sərtləşdirildi

07-06-2015

Nömrələrin satış qaydalarında mühüm dəyişiklik edilib

21-10-2015

Mobil nömrələrin satışı və aktivləşdirilməsi qaydaları dəyişdirilir

13-08-2015

Rabitə vasitələrinin satışı və istifadəsi ilə bağlı yenilik

31-10-2015

Qadağan olunmuş xəbərlərə görə cərimə- Məcəlləyə dəyişiklik

25-11-2017

Mobil nömrələrin satışı portal üzərindən aparılacaq

11-12-2015

Sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik edənlər cərimə ediləcək

26-01-2026

"İCMAL" "Rəqəmsal dövlət maliyyəsi"nin tərkibinə daxil edilir

21-04-2026

Kosmik fəaliyyət haqqında qanunvericiliyə dəyişiklik edilib

27-12-2024

Taksi sifarişi operatorları üçün yeni cərimələr müəyyənləşir

12-06-2023

Kosmik fəaliyyət haqqında qanunvericiliyi pozanlar cərimələnəcək

04-12-2024

Sosial şəbəkədə qeyri-etik paylaşım edənlər məsuliyyətə cəlb ediləcək

24-11-2025

Azərbaycanda mobil operatorlar nömrə satışını dayandırır-Yenilənib

03-02-2017

Haqsız reklamı təkzib etməyən rəqəmsal platforma təsirçisi cərimələnəcək

30-05-2025

“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edilir

19-01-2017

"İCMAL" elektron informasiya sistemi yaradılır

20-05-2025

Sim-kartları elektron formada satmaq icbari olacaq

12-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə