Nazirliyin elektron ünvanlarına nə qədər müraciət olur?

15-11-2017 / 12:27

Əmlak Məsələləri Dövlət Komitəsinin 193 vahid Çağrı Mərkəzi fəaliyyət göstərir.

Eyni zamanda əhalinin müraciətlərinin operativ cavablanıdırılması üçün Komitənin Facebook Instagram-da rəsmi səhifələri mövcuddur.

Bununla yanaşı emdk.gov.az veb saytının onlayn müraciət və Privatization.az portalının onlayn məsləhət pəncərəsi də vətəndaşların xidmətindədir. 

Ümumilikdə oktyabr ayı ərzində qeyd edilən vasitələr üzərindən 900-ə yaxın müraciət daxil olub. Onların 750-dən çoxu 193 vahid çağrı mərkəzinin, 130-a yaxını sosial şəbəkələrin, qalanı isə Privatization.az  portalının onlayn məsləhət pəncərəsinin payına düşüb.

Komitədən Xeberler.az-a verilən məlumata görə, cəmi müraciətlərin 700-ə yaxını Bakının, 180-dan çoxu isə regionların payına düşür.

Statistikaya görə oktyabr ayı ərzində 193 vahid çağrı mərkəzinə ən çox sorğu tipli müraciətlər daxil olub. Başqa sözlə müraciətlərin 684-ü (91%) sorğu tiplidir.

Bildirilib ki, 193 Vahid Çağrı Mərkəzinə regionlar üzrə daxil olan sorğu xarakterli müraciətlərin dinamikasına əsasən paytaxt sakinlərinin aktivliyi müşahidə olunur. Belə ki, bu kateqoriya üzrə müraciətlərin 78%-i Bakı sakinlərinin, qalanı isə bölgələrin payına düşür.

Şəhər və rayonlar üzrə alınan bu nəticə bölgələrdə aparılan maarifləndirmə işlərinin daha da intensivləşməsini şərtləndirir. Komitə isə bunu nəzərə alaraq statistik göstəricilərin yaxşılaşdırılması üçün fəaliyyətini daha da təkmilləşdirir, bölgələrdə bu istiqamətdə işgüzar forumlar keçirir.

Müraciətlərin mövzularına gəldikdə qeyd edilməlidir ki, daşınmaz əmlaka dair çıxarışın verilməsi, özəlləşmə prosedurları, torpaq sahələrinin kadastrı ilə bağlı məsələlər  üstünlük təşkil edir.

Məcmu sorğuların mövzuları üzrə strukturunun 50%-ə yaxını daşınmaz əmlakın qeydiyyatı ilə, 18%-i özəlləşdirilmə ilə, 8%-i torpaq sahələrinin kadastr ilə bağlıdır.

Qalanları isə Komitənin tabeli qurumlarının ünvanları və iş qrafikləri, sənədləşmə və digər məsələlərə aiddir. 

Özəlləşdirilmə ilə bağlı sorğuların ilk beşlikdə qərarlaşması görülən işlərin nəticəsidir. Belə ki, hərracların təşkili sahəsində aşkarlığın təmin edilməsi, innovativ addımların atılması, prosedurların sadələşdirilməsi vətəndaş marağına səbəb olub.

Çağrı Mərkəzi canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri saaat 9.00-dan 18.00-dək həyata keçirilir.

Səsli menyu rejimi isə iş vaxtından sonrakı vaxtlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə