Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "142-Çağrı mərkəzi"nə 24 341 müraciət daxil olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xəbərlər-a verilən məlumata görə, onlardan 10 364-ü (42,58%) sosial təminat, 5 933-ü (24,37%) əmək qanunvericiliyi, 3 334-ü (13,7%) nazirliyin elektron xidmətlərindən istifadə, 2 647-i (10,87%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 2 063-ü (8,48%) isə məşğulluq məsələlərini əhatə edib.
Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 22 541-i (92,6%) ƏƏSMN-nin fəaliyyət sahələrinə dair məsələlərlə əlaqədar sorğu xarakteri daşıyıb.
Digər müraciətlərdə ayrı-ayrı vətəndaşların əmək və sosial təminat hüquqlarının müəyyən edilməsi məsələləri, eləcə də təklif və şikayətlər ifadə olunub ki, onlar müraciət vərəqəsi tərtib edilməklə, araşdırılmaq üçün Nazirliyin aidiyyəti struktur bölmələrinə yönəldilib. Ümumilikdə "142-Çağrı mərkəzi"nə daxil olan bütün müraciətlərin operativ və obyektiv, qanunvericiliyin tələblərinə uyğun formada cavablandırılması təmin olunub.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri