Cari ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “142-Çağrı mərkəzi”nə vətəndaşlardan 10 min 239 müraciət daxil olub. Müraciətlərin 9641-i (94,1 faiz) nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar sorğu xarakteri daşıyıb.
Nazirlikdə bildiriblər ki, həmin müraciətlər mütəxəssislər tərəfindən qanunvericiliyə uyğun müvafiq izahatlar verilməklə şifahi şəkildə cavablandırılıb. Digər 598 müraciətdə ayrı-ayrı şəxslərin əmək və sosial təminat hüquqlarına baxılması məsələləri, təklif və şikayətləri ifadə olunub. Bu kimi müraciətlər müvafiq müraciət vərəqəsi əsasında araşdırılması və rəsmi şəkildə cavablandırılması üçün ƏƏSMN-nin aidiyyəti struktur bölmələrinə göndərilib.
Ümumilikdə aprel ayında “142-Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 4100-ü (40,04 faiz) sosial təminat, 2617-si (25,56 faiz) əmək qanunvericiliyi, 1584-ü (15,47 faiz) nazirliyin elektron xidmətlərindən istifadə, 1059-u (10,34 faiz) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 879-u (8,59 faiz) isə məşğulluğun təminatı məsələləri ilə əlaqədar olub.
Qeyd edək ki, “142-Çağrı mərkəzi” həftənin iş günləri saat 9.00-dan 18.00-dək vətəndaşların xidmətindədir və avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərir. Burada müraciətlərin qəbulu, avtomatik qeydiyyatı və aidiyyəti üzrə yönləndirilərək operativ cavablandırılması sistemi mövcuddur. 142 nömrəsinə zəng edən vətəndaşa operator tərəfindən avtomatik şəkildə sosial təminat məsələləri üzrə -1, əlilliyin müəyyən edilməsi və reabilitasiya məsələləri üzrə-2, məşğulluq məsələləri üzrə -3, əmək qanunvericiliyinə dair məsələlər üzrə -4, ƏƏSMN-nin elektron xidmətlərindən istifadə ilə bağlı izahat almaq üçün- 5 düyməsini basmalı olduğu bildirilir. Müvafiq rəqəm yığıldıqdan sonra dərhal aidiyyəti məsələ ilə bağlı nazirliyin məsul əməkdaşı ilə əlaqə yaranır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri