Nazirliyin qurumları özəlləşdirilməyə hazırlanırmı?

24-05-2018 / 16:36

Məlum olduğu kimi, Strateji Yol Xəritəsinə görə, ölkənin iki ən böyük telekommunikasiya operatoru Baktelecom (BTRİB) və Aztelekom özəlləşdirilməyə hazırlanmalıdır.

Ümumiyyətlə, 2008-cı ildən etibarən bu qurumların özəlləşdirilməsi gündəmdə olub, lakin reallaşmayıb.

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz Xeberler.az-a bildirib ki, hazırda isə özəlləşdirilməyə çıxarılmaq üçün hazırlanan bu qurumların daha da dövlətləşməsi istiqamətində addımlar atılır:

“Yəni, qurumlara ciddi investisiyalar, dövlət vəsaitləri yatırılır. Hər iki qurumun nəzarətində olan infrastruktura da digər dövlət və özəl provayderlər yaxın buraxılmır. Güman ki, özəlləşdirilmədə yerli və xarici qurumlar iştirak edəcək. Düşünürəm ki, qurumlar strateji əhəmiyyət kəsb etdiyindən prosesin Prezident fərmanı ilə həyata keçirilməsi daha doğru olardı”.

İndiki halda nə dərəcədə doğrudur ki özəlləşməyə hazırlanan qurumlara dövlət vəsaitləri ilə investisiya qoyulsun?

Osman Gündüz hesab edir ki, bəlkə sabah bunu almalı olan özəl qurumlar indi müəyyən olunan strategiya ilə razılaşmayacaq, daha yeni texnologiyalar, daha yeni həllər tətbiq olunacaq:

“Bəllkə dövlət bunu daha baha qiymətə satmaq üçün investisiya yatırır ?. İstənilən halda, düşünürəm ki, burada böyük risklər var . Hökumət, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) dövlət vəsaitlərindən daha effektiv istifadə edilməsini, dövlət maraqları üçün daha optimal həll üsullarını diqqətdə saxlamalıdırlar”.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.