Previous Next
Bağla

Osman Gündüz: Azercell nə üçün gəlirlərini açıqlamadı?

03-03-2020 11:05
Osman Gündüz: Azercell nə üçün gəlirlərini açıqlamadı?

Azərbaycanın ən böyük telekommunikasiya şirkətlərindən biri Azercell öz maliyyə göstəricilərini açıqlamayıb. Bu şirkət özəl statusuna malik olduğu dövrlərdə hər zaman hesabatlarını açıqlayırdı. Lakin şirkətə sahiblik dövlətə keçdikdən sonra bu hesabatın açıqlanması dayandırılıb və ya məqsədli şəkildə ləngidilir.

Xeberler.az bildirir ki, bu haqqda Azərbaycan İnternet Formunun Prezidenti,  ekspert Osman Gündüz məlumat verib: “Azercell bəlkə də ilk dəfə olaraq açıqladığı hesabatda gəlirləri gizlədib. Bir neçə gün öncə Azercell ötən ilin hesabatını açıqlayıb. Azercell-in dövlət şirkətinə çevriləndən sonrakı əsas hesabatı olduğundan,  maraqlı olacağını düşünərək  hesabatla daha yaxından tanış olmaq istədim. Lakin təəssüf ki, hələlik hesabat sayta yerləşdirilməyib.

Açıqladığı məlumatlarda isə nə qədər axtarsam da gəlirlər və xərclərlə bağlı rəqəmlərə rast gəlmədim. Azercell-in açıqladığı bu məlumatda sadəcə görülmüş işlərə, tədbirlərə yer ayrılıb,  ictimai əhəmiyyət kəsb etməyən bir xeyli statistika burada yer alıb.Əlbəttə, ötən müddət ərzində Azercell bir sıra yeniliklərlə bağlı açıqlamalar verib, rebrendiq edib, yeni hədəflər müəyyən edib  və s.

Bununla belə Azercell-in bu ilki hesabatından Cəmiyyətin yalnız bir gözləntisi vardı: Görəsən dövlət şirkətinə çevriləndən sonra Azercell-də vəziyyət necə dəyişib?Gəlirlər və xərclər necə olub? Mənfəət olubmu? İdarəetmədə situasiya necə olub? Qurumun idarəetməsində və qərarların qəbul edilməsində  köhnə komandanın xeyli dərəcədə kənarlaşdırıldığı bildirilir.  Bəzən belə fikirlər səslənir ki, Azercell-in idarəetməsinə tam səriştəsiz xeyli insanlar cəlb edilib və onlar mənasız və əhəmiyyətsiz layihələrə böyük pullar ayırmaqla, necə deyərlər bu dövlət şirkətini xımır-xımır yeməklə məşğul olurlar. Görəsən bu fikirlər nə dərəcədə doğrudur?

Cəmiyyəti daha çox maraqlandırır ki, görəsən  NRYTN Azercell-i “sağlamlaşdıra” bilibmi ? Bu dövlət şirkətinin investisiya imkanları necə olub? Doğurdanmı bu dövlət qurumu kimlər üçünsə  yeni “qidalanma” mənbəyinə çevrilməkdədir? BARAMA əldən çıxandan sonra situasiya necə olub? İnternet xidmətlərinin qiymətlərini artırmasından belə qənaətə gəlmək olar ki, qurumun investisiya imkanları  elə də güclü deyil.

Düşünürdüm ki, dövlət şirkətinə çevriləndən saonra Azercell daha geniş, daha əhatəli Hesabat verəcək. Çünki Azercell–in sağlamlaşdırılandan, investisiya imkanları güclənəndən sonra yenidən özəlləşdirilməyə çıxarılacağı gözlənilir. Odur ki, bu dövlət şirkəti şəffaflığa, hesabatlılığa daha ciddi önəm verməliydi. Təəssüf ki, hələlik gözləntilər özünü doğrutmayıb. 

Xatırladıram ki, 2018-ci ilin martında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “AzInTelecom” MMC Azercell-in səhmlərinin 51.3%-ni satın alıb. Və bundan sonra Azercell dövlət şirkətlərinin reyestrinə daxil edilib. Azercell-i satın almaq üçün Maliyyə Nazilriyi büdcədən təxminən 450  milyon manat vəsait ayırıb.

Ümid edirəm Hesabat tam açıqlananda ictimai əhəmiyyət kəsb edən məlumatları görə biləcəyik. Fikrimcə aidiyyatı dövlət qurumları, büdcədən təxminən yarım milyard manat dövlət vəsaiti yatırılan şirkətə ciddi nəzarət etməli, ictimai nəzarət imkanları yaratmalı, idarəetməsini şəffaf qurmalı, şirkətin gələcəkdə özəlləşdirilməyə çıxarılmasına diqqəti artırmalıdır. Cəmiyyət isə zamanında Azərbaycanda innovasiyaların və texnologiyaların inkişafında mühüm rol oynayan, İT kadrların formalaşmasında müstəsna rol oynayan, gözəl ənənələri olan bu qurumun yenidən dirçəlməsini, ölkənin innovasiya ekosistemində özünəməxsus yer tutmasını gözləyir.”

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Osman Gündüz: Azercell-in dövlət şirkətinə çevrildikdən sonra vəziyyəti necə olub?

04-03-2021

Ekspert: Nazirin Azercell-dəki görüşündə nələrdən danışılıb?

24-08-2022

Azercell internetin qiymətini 20 faiz qaldırdı

06-08-2018

Azercell-in gəlirləri nə qədər olub və nə zaman özəlləşməyə çıxarılacaq ?

08-04-2024

Azercell dövlət şirkəti özəlləşdiriləcəkmi ?

24-01-2024

Azercell ASAN imza tariflərini qaldırır

18-07-2018

“Azercell Telecom”un mənfəəti artıb

07-03-2020

Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?

20-02-2024

“Azercell telekommunikasiyanın inkişafına 68 milyon manat vəsait ayırıb”

24-02-2016

Azercell BDU-un Barama Media Mərkəzinə verilən dəstəyi dayandırıb

26-09-2019

Azercell Telecom ötən il 100 milyon manat xalis mənfəət əldə edib

28-03-2019

“Azərbaycan prezidenti “Azercell” şirkətinə 3G lisenziyasının verilməsinə dair göstəriş verib”

24-11-2010

“Azercell” ötən il 129 milyon manata yaxın xalis mənfəət əldə edib - Hesabat

13-07-2023

Nazirlik Azercell-i inkişafa, yoxsa geriyə aparacaq?

07-03-2018

Ekspert Azercell-in açıqlamasına münasibət bildirib

05-07-2019

Azercell-in satılmasına münasibət: “Nazirlikdə bu qədər pul haradandır?”

09-03-2018

Nazirliklə Bakcell arasında mübarizə davam edir

06-08-2019

“Azercell” “İlin telekommunikasiya Şirkəti” oldu

21-12-2009

Ekspert: İnnovasiya Agentliyi startapları öz ofisindən çıxarır

12-11-2019

Azercell Vodafone Ukraine-nı alacağı xəbərini təkzib edib

17-07-2019

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018

Azercell dövlətə 1 milyarddan çox vergi ödəyib

28-02-2018

Azercell-in idarə edilməsində hansı yeniliklər ola bilər? –Şərh

12-03-2018

Azercell telekommunikasiya sahəsinə 1 milyarddan çox yatırım edib

22-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə