Previous Next
Bağla

İKT sektorunda mərkəzləşmənin müəllifi kimdir?

29-01-2018 15:10
İKT sektorunda mərkəzləşmənin müəllifi kimdir?

Son günlərdə Aztelekom və Baktelecom - Bakı Telefon Rabitəsi MMC-də (keçmiş BTRİB) nəsə ciddi dəyişikliklər baş verir.

Bakı şəhərinin telefon qovşaqlarından işçilərin kütləvi olaraq işdən azad olunduğu, kütləvi ixtisarlar aparıldığı bildirilir.

Sektordan alınan məlumatlar da bunu təsdiq edir.

Baktelecom-un rəsmi məlumatında isə deyilir ki, Bakının bütün telefon qovşaqları Baktelecom-a birləşdirilir, yeni idarəetmə modeli yaradılır.

Azərbaycan İnternet Forumunun prezidenit, Osman Gündüz məsələni Xeberler.az-a şərh edib.

Ekspert bu formada yeni idarəetmə modelini dəstəkləmir:

“Bu necə yenilənmə, yeni idarəetmədir ki, uzun illər çalışan, uzun illər formalaşan mütəxəssislər bir anda bayıra atılır. Bəzi hallarda isə işə yeni qəbul edilənlər qalır, köhnələr isdən çıxarılır. Nəyin əsasında Baktelecom ətrafında bu cür mərkəzləşmə yaradılır ? Güman ki, sabah da Aztelekom ətrfaında belə bir idarəetmə forması nəzərdə tutulub”.

Onun sözlərinə görə, uzun müddətdir ki Baktelecom-da daha bir mərkəzləşmə də kabel-kanal sistemindən istifadəyə yasaq qoyulmaqla başlanıb. Hazırda dövlətə məxsus olan bu sistemdən ancaq Baktelecom özü istifadə edə bilir, özəl provaydrelər, hətta dövlət qurumları yaxın buraxılmır:

“Bu sistemdən istifadə ilə bağlı yeni Qayldalar və yeni tariflər də qəbul edilməyib.
Ümumiyyətlə, anlamıram ki, bu mərkəzləşmə haradan çıxdı?. Görəsən, İKT sektorunda bu cür “ifrat mərkəzləşmə” xəttinin ideya müəllifi kimdir? Axı Strateji Yol Xəritəsinə görə bu qurumlar ən yaxın zamanlarda özəlləşdirməyə çıxarılmalıdır. Belə olan halda bu tələskənlik nədəndir, ifrat mərkəzləşmə nəyə xidmət edir? Ümumiyyətlə, bu yeni idarəetmə əmri Baktelecom-undur, yoxsa elə NRYTN –nin öz əmridir?”.

Ekspert hesab edir ki, NRYTN ətrafında nəhəng bir idarəetmə mərkəzi formalaşır:

“Azercell şirkətinin də NRYTN tabeliyində olan dövlət qurumu tərəfindən alındığını nəzərə alsaq, bu qurumda hansısa anlaşılmaz proselərin getdiyini düşünmək olar. Hansı ki , fikrimcə ölkə rəhbərliyi tərəfindən aparılan islahatlarla uzlaşmır. Hazırda İKT sektorunda baş verənlər ölkədə aparılan və elan olunan islahatların tam tərsidir, çünki strateji sənədlər, rəsmi çıxışlar liberallaşma olmasını, özəlləşməyə hazırlığı, Müstəqil Tənzimləmə Qurumunun yaradılmasına hazırlığı, kiçik və orta sahibkarlığa dəstəyi diqtə edir. Amma NRYTN tabeliyindəki qurumlarda bu prosesin tam əksi gedir”.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

28-02-2019
Telekommunikasiya və İKT sektorunda tənzimləmə necə olacaq?

Telekommunikasiya və İKT sektorunda tənzimləmə necə olacaq?

14-12-2020
Ekspert : 14 milyonluq tenderi udur, ancaq adicə saytı yoxdur

Ekspert : 14 milyonluq tenderi udur, ancaq adicə saytı yoxdur

27-02-2019
"Baktelecom" simsiz telefon rabitəsi xidmətinin fəaliyyətini dayandıracaq

"Baktelecom" simsiz telefon rabitəsi xidmətinin fəaliyyətini dayandıracaq

19-10-2021
140 illik tarix bağlandı: Baktelecom rəsmən tarixə qovuşdu - Ekspert

140 illik tarix bağlandı: Baktelecom rəsmən tarixə qovuşdu - Ekspert

16-05-2025
Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020
Ekspert: NRYTN haqsız rəqabət aparır

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000
"Baktelecom"un rəhbərliyinə yeni təyinat olub

"Baktelecom"un rəhbərliyinə yeni təyinat olub

12-12-2022
Baktelecom internet qiymətlərini endirdi

Baktelecom internet qiymətlərini endirdi

01-02-2018
Nazirliyin qurumları özəlləşdirilməyə hazırlanırmı?

Nazirliyin qurumları özəlləşdirilməyə hazırlanırmı?

24-05-2018
“Baktelecom” Biləcəri sakinlərinə səyyar xidmət göstərib

“Baktelecom” Biləcəri sakinlərinə səyyar xidmət göstərib

11-08-2020
Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

21-10-2021
“Baktelecom”da kadr dəyişikliyi olub

“Baktelecom”da kadr dəyişikliyi olub

08-04-2021
Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

06-11-2019
“Baktelecom” onlayn xidmət sahəsini genişləndirib

“Baktelecom” onlayn xidmət sahəsini genişləndirib

18-10-2021
Bakı ətrafında normal rəqəmsal xidmətlər nə zaman olacaq?

Bakı ətrafında normal rəqəmsal xidmətlər nə zaman olacaq?

27-03-2019
Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020
Dövlət Xidməti "Aztelekom” və “Baktelecom"u cərimələyib

Dövlət Xidməti "Aztelekom” və “Baktelecom"u cərimələyib

06-07-2023
Ekspert : "Rabitə tarixində bu qədər vəsait xərclənməyib"

Ekspert : "Rabitə tarixində bu qədər vəsait xərclənməyib"

12-11-2018
Nazirliyin qurumu təşkilati hüquqi formasını dəyişdi

Nazirliyin qurumu təşkilati hüquqi formasını dəyişdi

27-07-2017
Azercell-i hansı qurum alır?

Azercell-i hansı qurum alır?

12-02-2018
"Baktelecom": Yaranmış problemin böyük qismi aradan qaldırılıb

"Baktelecom": Yaranmış problemin böyük qismi aradan qaldırılıb

12-07-2021
Nazirliyin yeni saytında hansı problemlər var?

Nazirliyin yeni saytında hansı problemlər var?

22-05-2018
İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

02-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə