Peyk təsvirlərdən Şəki də yararlandı

25-10-2017 / 12:36

Azərkosmos ASC ilə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti arasında imzalanmış müqaviləyə əsasən bu ilin iyun-iyul aylarında Şəki rayonu ərazisində torpaqların təyinatı üzrə istifadəsinin monitorinqi aparılıb.

Azərkosmos-dan Xeberler.az-a verilən məlumata görə, layihənin yerinə yetirilməsində əsas məqsəd Şəki rayonu inzibati ərazisinə daxil olan kənd təsərrüfatı təyinatlı torpaqların təyinatı üzrə istifadəsinin Azersky peyk təsvirləri istifadə edilməklə kosmik monitorinqinin aparılması və istifadə edilməyən torpaqların aşkarlanması olub.

Rayon ərazisində Azersky peyk təsvirləri vasitəsilə aparılmış monitorinqlər nəticəsində 8 istifadə olunmayan sahə müəyyən olunub. İstifadə olunmayan ərazilərin ümumi sahəsi 33.22 hektar təşkil edib ki, bu da Şəki rayonu üzrə xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı ərazilərin 0.06 %-i təşkil edir.

Beləliklə, Şəki rayonu üzrə torpaqlardan istifadə olunma göstəricisinin çox yüksək olduğu aşkarlanıb.

Azersky peykindən əldə olunan təsvirlər bu tip monitorinqləri respublikanın digər rayonlarında tətbiq etməklə əkin sahələrində mütəmadi nəzarətin aparılmasını mümkün edir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.