AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Rəqəmsal irs: Problemlər və Perspektivlər” mövzusunda araşdırmalar aparılır.
Bu barədə Xeberler.az-a sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Rəna Qasımova məlumat verib.
Onun sözlərinə görə, rəqəmsal irs haqqında söhbət açan məruzəçi, onun rəqəmsal formada yaradılmış və ya mövcud analoq resurslardan rəqəmsal formaya çevrilmiş mədəniyyət, təhsil, elmi və inzibati, həmçinin texniki, hüquqi, tibbi və digər informasiya növlərini əhatə edən anlayışdır:
“Bu sahədə mövcud olan rəqəmsal irsin itmə təhlükəsi, texnoloji infrastruktur, saxlanma, rəqəmsal daşıyıcıların köhnəlməsi və məhv olması, əlçatanlıq, təhlükəsizlik, hüquqi və s. kimi problemlərdən söz açdı. Bildirdi ki, müasir dövrdə rəqəmsal irsin gələcək nəsillərin maraqları üçün qorunub saxlanması məsələsi aktual və ümumdünya əhəmiyyətli məsələlərdəndir”.
R.Qasımova bu problemlərin araşdırılması və tədqiq olunmasının zəruriliyini diqqət önünə çəkərək rəqəmsal irsin itmə təhlükələrindən söz açıb:
“Buraya rəqəmsal informasiya resurslarının dəstəyinə ayrılmış maliyyə vəsaitinin kəsilməsi, lokal fəlakətlərin, daşıyıcıların fiziki köhnəlməsi, yeni texniki və texnoloji platformaların kəşfi ilə bağlı texnologiyaların köhnəlməsi və s. səbəblər daxildir. Proqram və aparat təminatının köhnəlməsi informasiya və ya faylların orijinal formatının itkisinə, rəqəmsal materialların bütövlüyünə, proqram təminatının üzunmüddətli olmamasına gətirib çıxarır”.
O, son onillikdə beynəlxalq aləmdə rəqəmsal irsin üzunmüddətli saxlanması və ona əlçatanlığın təmin olunması məsələsinə böyük diqqət verildiyini qeyd edib:
“Həm beynəlxalq, həm də ayrı-ayrı ölkələr səviyyəsində çox sayda proqram və layihələrin reallaşdırıldığını, rəqəmsal irsin qorunması məsələlərinin bir çox beynəlxalq hökumətlərarası və ictimai təşkilatların, ilk növbədə YUNESKO-nun diqqət mərkəzindədir”.
Azərbaycanda da bu sahədə mövcud vəziyyəti təhlil edən R.Qasımova milli irsin qorunması, saxlanması və rəqəmsallaşdırılması üzrə proqram və layihələr barədə məlumat verib. O, rəqəmsal irsin qorunub saxlanmasında elektron arxivlərin və elektron kitabxanaların rolunun böyük olduğunu, lakin bu sahədə müəyyən problemlərin mövcudluğunu vurğulayıb.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri