Previous Next
Bağla

Kiberdayanıqlığın təmin olunmasında əsas problemlər nələrdir?

02-12-2022 12:18
Kiberdayanıqlığın təmin olunmasında əsas problemlər nələrdir?

Kiberdayanıqlıq strategiyası biznesin fasiləsizliyi üçün həyati əhəmiyyət daşıyır. Bu strategiya müəssisənin təhlükəsizlik dərəcəsini artırmaqla yanaşı, rəqəmsal biznes subyektinə əlavə faydalar qazandırmaq imkanına malikdir. Kiberdayanıqlıq həmçinin maliyyə itkiləri və reputasiyanın aşağı düşmə riskini azalda bilər. 

Bu barədə Xeberler.az-a iqtisadiyyat sahəsində kiberdayanıqlılığın təmin edilməsinin vacibliyindən danışan İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Rasim Mahmudov deyib.

Mahmudov qeyd edib ki, texnoloji müstəqilliyin olmaması, rəqəmsal iqtisadiyyatın yeni rəqəmsal texnologiyalarında (Big Data, Əşyaların İnterneti, blokçeyn və s.) mümkün boşluqlar, iqtisadi infrastruktura xaricdən informasiya-texnoloji təsir, iqtisadi sahədə informasiya manipulyasiyası, yalan xəbərlərin yayılması, iqtisadiyyatın xaricdən idarə olunması təhlükəsi, kriptovalyutalardan nəzarətsiz şəkildə istifadə, bazara xarici istehsalçıların nəzarət etmələri rəqəmsal iqtisadiyyata dair əsas kibertəhdidlərdir.

Şöbə müdiri onu da əlavə edib ki, kadr və maliyyə çatışmazlığı, yeni rəqəmsal texnologiyaların yaranması, rəhbərliyin səriştəsizliyi, biznes proseslərinin mürəkkəbliyi, planlaşdırma və hazırlıq işlərinin yetərsizliyi kimi məsələlər müəssisələrdə kiberdayanıqlılığın təmin olunmasında əsas problemlərdir.

O, kibercinayətkarlıqla bağlı bəzi statistika və proqnozları da bölüşüb:

 “2020-ci ildə dünyada biznes subyektlərinin 50%-dən çoxu kibertəhlükəsizlik insidentləri ilə üzləşiblər ki, bu da onların informasiya sistemlərinin fəaliyyətini və biznes proseslərini əhəmiyyətli dərəcədə pozub. 2021-ci ildə dünya üzrə şirkətlərdən məlumat sızmalarının orta dəyəri 4,24 milyard ABŞ dollarına bərabər olub. 2028-ci ildə dünya informasiya təhlükəsizliyi bazarının 366,1 milyard dollara çatacağı proqnozlaşdırılır. Orta hesabla şirkətlərin qovluqlarının yalnız 5 %-i lazımi şəkildə qorunur”.

Mahmudov dünya üzrə kibertəhlükəsizlik xərclərinin artan dinamikasından danışarkən qeyd edib ki, bu xərclər 2016-cı ildə 83,39 milyon dollar təşkil edirdisə, 2022-ci ildə 298,70 milyon dollara çatıb.

Şöbə müdiri Avropa Birliyinin “Kiberdayanıqlıq haqqında” Qanununa da toxunub. Onun sözlərinə görə, bu qanunun rəqəmsal elementlərə malik olan məhsulların kibertəhükəsizliyinə dair tələbləri, eləcə də aparat və proqram vasitələrinin təhlükəsizliyinin təmin edilməsi qaydalarını müəyyən edir. 

O, kiberdayanıqlıq üzrə kadrların hazırlanması məsələsinə də toxunub. Almaniyanın Qəzaların Bərpası İnstitutu  (Disaster Recovery Institute International) tərəfindən rəqəmsal şirkətlər üçün kiberdayanıqlıq üzrə kursların təşkil edildiyini, bu kurslarda kiberdayanıqlıq anlayışı, kiberinsidentlərin növləri, kibertəhlükəsizlik insidentlərinin biznesin dayanıqlığına təsiri, insidentlər zamanı itkilərin minimallaşdıran strategiyanın işlənməsi, kiberhücumlar zamanı təsirlərə məruz qalmış verilənlərin və servislərin bərpa olunması və s. kimi dərslərin tədrsi olunduğunu vurğulayıb.

R.Mahmudov hesab edir ki, rəqəmsal iqtisadiyyatın kiberdayanıqlılığının təmin edilməsində bəzi addımar atılmalıdır:

“Rəqəmsal iqtisadiyyatın zəruri ekosisteminin yaradılması, iqtisadi kibertəhlükəsizlik və kiberdayanıqlıq strategiyalarının hazırlanması, praktikaya və beynəlxalq təcrübəyə uyğun olaraq, qanunvericilikdə iqtisadi kibercinayətkarlığın hüquqi təsnifatının genişləndirilməsi, kiberdayanıqlıq üzrə maddi-texniki bazanın möhkəmləndirilməsi, bu sahədə statistik hesabatların hazırlanması və elmi tədqiqatların aparılması vacibdir”. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb

Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb

14-04-2026
Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023
Azərbaycanda Yeni Nəsil İqtisadiyyat Strategiyasının əsas istiqamətləri açıqlanıb

Azərbaycanda Yeni Nəsil İqtisadiyyat Strategiyasının əsas istiqamətləri açıqlanıb

21-09-2023
Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

02-04-2025
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19-09-2024
Akademik: Kibertəhlükəsizlik sahəsində elmi potensialın gücləndirilməsi vacibdir

Akademik: Kibertəhlükəsizlik sahəsində elmi potensialın gücləndirilməsi vacibdir

04-06-2026
Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023
Azərbaycanda kağız daşıyıcılardan imtina olunacaq

Azərbaycanda kağız daşıyıcılardan imtina olunacaq

16-01-2025
Allahverən İsmayılov: Hakerlər ən çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

Allahverən İsmayılov: Hakerlər ən çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

19-09-2024
Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

26-05-2026
KOBİA: KOB-ların kibertəhlükəsizliyinin təmin edilməsi əhəmiyyət daşıyır

KOBİA: KOB-ların kibertəhlükəsizliyinin təmin edilməsi əhəmiyyət daşıyır

09-10-2025
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
DTX rəsmisi: "Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək"

DTX rəsmisi: "Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək"

03-02-2026
Azərbaycan Qafqaz və Mərkəzi Asiyanın kibertəhlükəsizlik mərkəzinə çevrilir

Azərbaycan Qafqaz və Mərkəzi Asiyanın kibertəhlükəsizlik mərkəzinə çevrilir

10-10-2025
Elektron kitabxanaların informasiya təhlükəsizliyinin təmin olunması müzakirə edilib

Elektron kitabxanaların informasiya təhlükəsizliyinin təmin olunması müzakirə edilib

11-06-2025
“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

23-09-2024
Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanır

Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanır

29-11-2022
“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” konfransı başa çatıb

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” konfransı başa çatıb

10-06-2026
XRİTDX: Son 5 ildə dünyada kiberhücumların sayı artıb

XRİTDX: Son 5 ildə dünyada kiberhücumların sayı artıb

05-09-2025
Media nümayəndələri üçün kibertəhlükəsizlik təlimi keçirilir

Media nümayəndələri üçün kibertəhlükəsizlik təlimi keçirilir

14-05-2025
Milli rəqəmsal efir məkanı üçün minimal kibertəhlükəsizlik tələbləri müəyyənləşdiriləcək

Milli rəqəmsal efir məkanı üçün minimal kibertəhlükəsizlik tələbləri müəyyənləşdiriləcək

28-08-2023
İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

06-03-2026
“İnformasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda beynəlxalq forum  keçirilib

“İnformasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda beynəlxalq forum keçirilib

29-06-2021
Azərbaycanda maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır

Azərbaycanda maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır

24-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə