Rəqəmsal kitabxanalar mövzusunda tədbir keçirilib

22-05-2019 / 10:45

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK), Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (AzKİK), İnformascop və MUROMA şirkətləri “Səmərəli və effektiv rəqəmsal kitabxanalar” mövzusunda birgə tədbir keçirib.

Xeberler.az bildirir ki, tədbiri giriş sözü ilə MEK direktoru Leyla İmanova açıb. L.İmanova XXI-ci əsrdə informasiya artımının sürəti və həcmi, kitabxanaların üzərinə düşən elmi informasiyanın emalı və inteqrasyası, server həcmi, kiber-təhlükəsizliyi, interqasiya şərtləri və başqa problemləri səsləndirib. AzKİK-nin direktoru və MEK İnnovativ layihələr şöbəsinin müdiri Cəmilə Yusifova isə konsorsiumun fəaliyyəti, gələcək perspektivləri haqqında danışıb.

Türkiyənin İnformascope şirkətinin direktoru Kıvanc Çinar “Rəqəmsal yayım və kitabxana texnalogiyaları” mövzusunda geniş təqdimat keçirib və tədbir iştirakçılarının suallarını cavablandırıb. MUROMA şirkətinin nümayəndəsi İltifat İbrahimov təmsil etdiyi şirkət və xidmət göstərdikləri sahələr barədə ətraflı məlumat verib. Akademik qurumların kitabxana nümayəndələrinin iştirak etdiyi tədbir mövzu ətrafında müzakirələrlə davam edib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.