Saytların fəaliyyətində yaranan problem nə ilə bağlı olub?

10-11-2017 / 09:30

Məlum olduğu kimi, dünən bəzi saytların fəaliyyətində problemlər olub. Belə ki, uzun müddət saytlara daxil olmaq mümkün olmayıb.

Qeyd edək ki, bu problem nəticəsində bəzi yerli media, portallar və forumlar fəaliyyətini dayanıb.

Almaniyanın data mərkəzində olmuş qəza yalnız Azərbaycan saytlarına deyil, hətta xarici Ведомости, The New Times kimi böyük media portallarınada təsir göstərib.

Bu barədə Xeberler.az-a Azerizone MMC –dən məlumat verilib.

Bildirilir ki,  Almaniyanın OVH data mərkəzində baş vermiş texniki qəza nəticəsində minlərlə sayt fəaliyyətini dayandırıb:

“İnformasiya texnologiyaları, məlumatların saxlanılması, proqram təminatının hazırlanması və hostinq sahəsində fəaliyyət göstərdiyimizdən bu halların baş verməməsi üçün həll yolunu göstərməkdə özümüzə borc bildik. Dünən əaliyyət göstərməyən saytlar fiziki olaraq yalnız bir yeri seçib və bu həmən saytların fəaliyyətini yalnız bir yerdən asılı olmasına gətirməklə yanaşı digər məsələlərdədə özünü göstərir:

- Ölkədən xaricə valyuta axını
- Ölkə xaricində baş verən hadisələrdən asılılıq
- Ölkə istifadəçilərinin saytlara daxil olduqda daha az sürətli olması
- Provayderlərin ölkə sakinlərinə təqdim etdiyi internetə qoşulma xidmətinin qiymətləri.

Şirkətin məlumatında qey edilib ki, yuxarıda qeyd etdilən xoşagəlməz halların qarşısını almaq üçün və saytların fəaliyyətinin müstəqilliyini qorumaq üçün əsas həll yolu olaraq, məlumatların 2 serverdə saxlanılması tövsiyyə edilir:

“Bir serverin xaricdə rezerv olması, yerli data mərkəzlərində saxlanılan serverin isə əsas olması məqsədə uyğundur. Bu halda, sayt Azərbaycan ərazisində çox sürətli işləməklə yanaşı, hər hansı bir data mərkəzin texniki qəzalarından asılı olmur”.

 Azerizone MMC hostinq, ayrılmış və virtual serverlərin kirayəsi ilə sahəsində fəaliyyət göstərir və bu sahədə 10 ildən çox təcrübəsi var.

Günel


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.