Previous Next
Bağla

Data Plus istifadəçilərə kompensasiya verəcək

01-11-2017 14:05
Data Plus istifadəçilərə kompensasiya verəcək

Bir müddətdir istifadəçilərin Data Plus internet provayderinin xidmətindən istifadəsində çətinliklər yaşanıb. Belə ki, oktyabrın 25-dən 30-nə qədər provderin fəaliyyətində texniki  problemlər olub.

Sosial şəbəkələrdə istifadəçilər bununla bağlı ciddi narazlıqlarını bildirir.

Saytımıza da bu barədə rəsmi müraciətlər daxil olub.

Şirkətdən məsələ ilə bağlı Xeberler.az-a bildirilib ki, bu müddətdə texniki işlər görülməsi , avadanlıqların dəyişdirilməsi ilə bağlı abunəçilərə göstərdiyi xidmətdə (altı gün) dayanmalar müşahidə olunub.

Qeyd edilib ki, bunları nəzərə alaraq Data Plus MMC istifadəçilərə kompensasiya olaraq 15 gün daha sürətli internetdən pulsuz istifadə imkanı yaradacaq.

Şirkətin məlumatında qeyd edilib ki, hazırda məsələ araşdırılır, bu müddət daha da uzadıla bilər.

Data Plus-ın regionlarda olan bəzi istifadəçiləri isə bu hadisədən sonra internet xidmətinin daha da zəiflədiyini bildiriblər.

Şirkət bu məsələyə də aydınlıq gətirib. Belə ki, Data Plus vurğulayıb ki, əksinə hazırda abunəçilərin istifadəsində sürət limiti aradan qaldırılıb. Belə ki, indi onlar daha sürətli internet xidməti alır:

“Bu barədə şikayət edən müştərilərin də problemini araşdırırıq. Məlum olur ki, problem xətlərdədir. Bunun da aradan qaldırılması üçün hazırda rayonlardakı ATS-lərlə əlaqə saxlayıb, problem bildiririk. Yaranan narahatlıq üçün bütün abunəçilərimizdən kollektiv adından üzr istəyirik”.

Xatırladaq ki, bundan öncə əsas internet təchizatçısı olan Delta Telecom borclarla bağlı bu və digər iki provayderin internetini bağlayacağını bildirmişdi.

Məhz bundan sonra bəzi istifadəçilər bu provayderlərin xidmətində problem olduğunu qeyd etmişdi.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Data Plus da Delta Telecom-dan ayrılıb?

01-11-2017

“Fiber optik internet baha olduğundan abunəçilər yararlana bilmir”

13-05-2016

Data Plus provayderinin direktoru vəzifəsindən ayrılıb

05-07-2016

CityNet digər provayderlərin xidmətini bloklayır-Texnoloji senzura

08-10-2016

Azercell-dən yeni sərfəli kampaniya

16-11-2017

Delta Telecom internetlə bağlı yaranmış problemə aydınlıq gətirib

04-08-2016

iOS-da yaranan problem iOS 9.0.2 yenilənməsi ilə aradan qaldırılıb

01-10-2015

İKTA: İnternet sürəti ölçülərkən provayder adlarının fərqli görünməsi araşdırılır

24-02-2026

Azercell-dən yeni xidmət

08-06-2017

Azercell-dən xidmətində yaranan problemlə bağlı rəsmi açıqlama

17-04-2017

“Bakcell” və NAR-ın şəbəkəsində texniki nasazlıq yaranıb

21-09-2022

Gəncə Telekommunikasiya İdarəsində nə baş verir?

01-09-2016

Azercell-in xidmətində problemlər yaşanır

17-04-2017

Nazirliyin Delta Telecom-a 8 milyondan çox borcu var- Rəsmi

04-08-2016

“Nar” “Təhsil+” internet paketinin müddətini uzadıb

15-03-2021

Azercell-in Bookmate plus paketi ilə dünya ədəbiyyatı smartfonunuzda

03-10-2019

"Azercell"in şəbəkəsində nasazlıq yaxın vaxtlarda aradan qaldırılacaq

27-05-2021

Azercell: Yaranan problemi aradan qaldırmaq üçün işlər aparılır

16-10-2019

Hər gün milyonlarla mahnı telefonunuzda

22-02-2018

Onlayn təhsil “Nar”ın “TƏHSİL+” internet paketi ilə daha rahatdır

09-04-2021

"Azercell" bəzi internet paketlərində sürəti və həcmi artırıb

02-06-2025

Onlayn bilet satışında nə problem var?

22-12-2015

Ölkədə internet istifadəsində yaranan problemlər

06-10-2018

Saytların fəaliyyətində yaranan problem nə ilə bağlı olub?

10-11-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə