Məlum olduğu kimi  bu  səhər  Bakı şəhərinin mərkəzində atışma  baş  verib.
Silahlı  şəxs  Neft Akademiyasının binasına  daxil olaraq insanlara atəş  açmağa  başlayıb. Rəsmi qurumlar  artıq 13 nəfərin öldüyünü və 13  nəfərin  yaralandığını bildiriblər . 
Hadisə  baş  verən andan  Azərbaycan İnternet məkanında olan  bütün informasiya  resurslarına giriş kifayət  qədər məhdudlaşıb. Hətta  bir  sıra hallarda  xəbər  saytlarına a  ümumiyyətlə  daxil olmaq  mümkün olmayıb.
İkin  araşdırmalar göstərir ki,  xəbər r saytlarına müraciətlər onlarla  dəfə artmasına  saytların  yerləşdiyi  serverlər  tab gətirmir. Eyni  anda olan  minlərlə  müraciətlər  serverlərin  ciddi olaraq  yüklənməsinə  və  nəticədə  saytların fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarır
AİF prezidenti Osman Gündüz  bizimlə olan söhbətində , təkcə  bizdə deyil  bütün ölkələrdə  bu  cür hadisələr  baş  verərkən  xəbər  resurslarının kəskin dərəcədə yükləndiyini və müəyyən problemlərin olduğunu  bildirib. O  qeyd edib ki, ölkəmizdə bu  cür halların  qarşısının alınması üçün xəbər  saytlarının daha  keyfiyyətli  serverlərdə  saxlanılması vacibdir. İqtisadi sıxıntılar ucbatından ucuz qiymətə icarəyə götürülən Xəbər  saytlarının yerləşdiyi  hostinqlərin  keyfiyyəti  yetərli olmadığından, bu  cür  resurs  sahibləri  tərəfindən  fors-major  situasiyalar üçün  alternativlər  hazırlanmadığından   normal informasiya münasibətlərini  qurmağın  xeyli çətin olduğunu  qeyd edib.
 
Osman Gündüz  həmçinin  milli informasiya a resurslarının fiziki olaraq  Azərbaycan  ərazisində yerləşdirməyin, hökumətin təkcə  çap  mediaya  deyil, internet KİVə dəstək  verməsinin vacibliyi  bildirib.
Osman Gündüz  bildirib ki , “təəssüf ki, Azərbaycanın milli informasiya  resurslarının  xeyli hissəsi hələ də  xarici ölkələrin  serverlərində yerləşir.”  Ölkəmizdə İnternetin keyfiyyətinin onsuzda  pis olduğunu nəzərə alsaq , bütün bunların   xeyli dərəcədə  ölkə istifadəçilərinin çevik  informasiya almaq  imkanlarını məhdudlaşdırır  - deyə Osman Gündüz  bildirib.
xeberler.az/Gunel
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
 Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
 Windows 10-u necə sürətləndirmək olar?
 Bizi idarə edən güc: Netokratiya
 Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
 Facebook müəmması
 4G mobil texnologiyası niyə ləngiyir?
 Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
 “Asan imzanı belə gördüm”- Azər Həsrət
 Satışa çıxarılmış Azərbaycan adları