Azərbaycan İnternet tarixində ən “qara gün”dür

16-11-2016 / 10:58

Düz bir il öncə, bu gün Delta Telecom-dakı güclü partlayış və yanğın nəticəsində ölkədə 6 saat müddətində internet olmadı. 

Yəqin ki, bu tarix hamınızın yadındadır.

Xeberler.az olaraq hadisə baş verəndən sona qədər oxucularımıza mütəmadi məlumatlar çatırdıq. Hərçənd, biz də Delta Telecom-dan internet aldığımız üçün bəzi problemlər yaşadıq, amma ikinci backbone proveyderi Azərtelekom həmin vaxt əhalinin az bir qismini internetlə təmin edə bildi.

Düzdür, hələlik bunun səbəbləri haqqında rəsmi bir açıqlama yoxdur.

Ötənil eskpertlər əsas backbone provayderimiz olan Delta Telecom-da baş verən və Azərbaycan İnternetini bir müddət sıradan çıxaran, informasiya təhlükəsizliyimiz üçün ciddi təhlükə yaradan yanğının səbəbləri barədə ətraflı şərh verdilər.

Məsələ ilə bağlı son açıqlamlar isə ondan ibarət olub ki, yanğın MTN-in Delta Telecom-dakı Data Mərkəzində baş verib.

Qeyd edək ki, ölkə üzrə internet trafikinə nəzarət və onlayn izləmə məhz buradan həyata keçirilirdi.

Data Mərkəz yalnız bir nöqtədə, Deltanın əsas ofisində olub. Regionlarda belə sistemlər qurulmayıb. 

Məlum oldu ki, əslində xarici kanalları alternativlər üzərində olan Deltanın məhz bu daxili sisteminin alternativi olmadığından problem yaranıb və bərpa da uzun zaman alıb.

Bu hadisənin prezidentin ölkədə olmadığı bir zamanda baş verməsi, sonradan DATA Mərkəzin qurulması prosesində iştiark edən əməkdaşlardan birinin müəmmalı şəkildə yoxa çıxması faktı da düşündürücü məqamlardan olub.

Data Mərkəzin hansı şirkət tərəfindən qurulması haqqında rəsmi açıqlama verilməyib.

Bununla belə, bu şirkətin kəşfiyyat sahəsində ciddi təcrübəsi olan xarici ölkələrdən birisinə məxsus olması haqqında məlumatlar da yayılıb.

Məlumat verdiyimiz kimi, ölkənin əsas internet təhcizatçısı olan Delta Telecom artıq bu cür halların baş verməməsi üçün daxili və xarici infrastrukturun alternativlər üzərində qurulduğunu bəyan edib.

Eyni zamanda, digər backbone provayder də fəaliyyətini bir qədər genişləndirib.

Telekommunikasiya sistemində əməliyyat-axtarış tədbirləri ilə bağlı qanunvericilikdə bir sıra müddəalar təkmilləşdirilib.

WhatsApp üzərindən zənglər də yanğından sonra bərpa olunub.

O zaman bu hadisə ilə bağlı Azərbaycan İnternet Forumunun yaydığı rəsmi açıqlamada qeyd edildiyi kimi, bu cür hadisələr ölkənin milli təhlükəsizliyi, informasiya təhlükəsziliyi üçün ciddi təhlükədir.

Ekspertlər hesab edir ki,  hökumətin bu tip halların təkrarlanmamasına, dayanıqlı informasiya təhlükəsziliyi sisteminin qurulmasına, bu sistemin alternativlər üzərində qurulmasına diqqət yetirməsi olduqca vacibdir.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə