Selfie üçün dron

10-01-2018 / 21:22

Son zamanlar hər bir sahədə olduğu kimi, selfie sənayesində də yeni tendensiyalar müşahidə olunur.

Xeberler.az ict.az-a istinadən bildirir ki, bu yaxınlarda havada üç dəqiqə ərzində HD-şəkillər çəkə bilən “Air Selfie Drone” təqdim olunub.

Alüminium korpusa malik kompakt və mobil dron anti vibrasiyalı amortizator, 5-meqapiksel kamera və videoaxını saniyədə 30 kadr tezliklə 1080p translyasiya etmək imkanı ilə təchiz edilib.

Dronun qalxa biləcəyi maksimal hündürlük 20 metr təşkil edir ki, bu da şəkillərin ən maraqlı rakurslardan çəkilməsinə imkan verir.

Dron xüsusi ödənişsiz proqramın köməyi ilə mobil telefonlar vasitəsilə Wi-Fi-la idarə olunur.

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.