Amazonun dronlarla bağlı layihəsi həyata keçirilir

02-12-2015 / 12:19

Təxminən 2 il əvvəl Amazon tərəfindən elan edilən insanın iştirakı olmadan yük çatdırılması - Prime Air layihəsi artıq həyata keçirilir.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, daha öncə göstərilən prototiplərdən fərqli olaraq yeni dronlar düzbucaqlı formada hazırlanıb. Bu  formada hazırlanmasının səbəbi dronun yükü içində daşıya bilməsi üçündür.

Beləliklə, yükün zədə alması və yerə düşməsi kimi hadisələrin qarşısı alınıb.

122 metr yüksəkliyə qədər qalxan dron, 24 kilometr məsafə qət edə bilir. Dron-un ən maraqlı xüsusiyyəti endiyi yeri yükü təslim alan şəxsə seçim etmək imkanı verməsidir.

Yəni istifadəçidə Amazon logolu A5 ölçüsündə kart olur. Dron təslimat adresinə çatmadan əvvəl istifadəçiyə internet vasitəsilə bildiriş göndərir. Sonra istifadəçi Amazon logolu kartı dron-un eniş etməsini istədiyi yerə qoyur.

Xüsusi skanlamaya malik olan dron bu kartı görərək həmin yerə eniş edir və paketi təhlükəsiz bir formada qoyur. 

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə