Xcraft şirkəti əlavə mühərrik sayəsində 160 km/saatadək sürət yığmağa imkan verən Rogue adlı yeni pilotsuz uçan aparat nümayiş etdirib.
Dron əlavə sürətləndirməni əlavə mühərriki işə salacaq yeni rejimin aktivləşməsi zamanı alacaq.
Xeberler.az RYTN-in elektron xəbər ximətinə istinadən məlumat verir ki, Rogue məxsusi olaraq dron yarışlarının həvəskarları üçün yaradılıb ki, bu da iştirakçılara aparatda quraşdırılan kamera, real vaxtda təsviri kameradan eynəyə translyasiya edən virtual reallıq qarnituru sayəsində idarəetmə prosesinə tam qapılmağa imkan verir.
Məlumata görə, əvvəllər bu sahədə ən sürətli dronlar həvəskarlar tərəfindən müstəqil yaradılan və 150 km/saatadək sürət toplaya bilən pilotsuz uçan aparatlar olub. Lakin Xcraft bütün istifadəçilərin yararlana biləcəyi ən sürətli dron icad etmək qərarına gəlib. Beləliklə, Xcraft Rogue ən sürətli seriyalı dron olacaq.
Hazırda aparat beta sınaq mərhələsində olsa da, artıq onu şirkətin rəsmi saytı vasitəsilə əldə etmək mümkündür. Komplektləşməsi fərqlənən bir neçə versiyanı sifariş etmək olar. Belə ki, dron və xüsusi virtual reallıq eynəyinin daxil olduğu uçuşa tam hazır komplektin qiyməti 1000 dollar təşkil edir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri