Təklif: İnternet klublarda uşaqlar üçün xüsusi kompüter ayrılsın

06-03-2017 / 11:45

Azərbaycanda internet klublarda uşaqlar üçün xüsusi kompüterlərin ayrılması və buna əməl etməyən klub rəhbərlərinin inzibati məsuliyyətə cəlb edilməsi təklif edilir.

Xebeler.az-ın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov  bildirib ki, bu məsələ komitə tərəfindən uşaqların intretnetdə qarşılacağı zərərli infomasiyalardan qorunması məqsədi ilə yeni hazırlanmış “Uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsinə daxil edilib.

Onun sözlərinə görə, layihədə internet klublarında uşaqlar üçün ayrıca guşənin yaradılması məsələsi öz əksini tapıb: "Layihəyə görə, hər bir internet klubda 2 kompüter olmaq şərtilə, süzgəcdən keçirilmilş kömpüterlər olmalıdır. İnternet klubda internetdən istifadə etmək istəyən uşaqlar həmin kompüterlərdə əyləşdirilməlidir. Buna nəzarət edəcək qurum tərəfindən mütəmadi olaraq, monitorinqlər həyata keçiriləcək. Monitorinq zamanı intetnet klubda uşağın süzgəcdən keçirilmiş kompüterdə deyil, digər kompüterdə əyləşdiyi aşkarlanarsa, onda klub rəhbərliyinin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub”. (Trend)

 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.