“İnternet ancaq uşaqlar üçün məhdudlaşdırıla bilər”

13-03-2013 / 09:28
“Mən heç vaxt Azərbaycanda bütövlükdə internetin məhdudlaşdırılması ilə bağlı açıqlama verməmişəm”. Bu fikirləri jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli səsləndirib.  
H.Rəcəbli iddia edib ki, ölkə Prezidenti tərəfindən 2013-cü ilin İKT ili elan olunduğu bir vaxtda o heç zaman internetin məhdudlaşdırılması fikrini söyləyə bilməz: “Bir müddət bundan öncə jurnalistlər məndən soruşdular ki, Azərbaycanda uşaqların zərərli saytlara girişinin tənzimlənməsi ilə bağlı qaydaların tətbiq olunmasına necə baxırsınız? Mən də cavab verdim ki, buna çox yaxşı baxıram. Hətta misal da gətirib dedim ki, nəvəmin 4 yaşı olmasına baxmayaraq, əlindən i-pad düşmür. Buna görə də uşaqların internetdən istifadəsinə mütləq məhdudiyyət olmalıdır. Bunu heç vaxt qadağa kimi dərk etmək lazım deyil. Sonra məndən soruşdular ki, dünyada belə bir təcrübə varmı? Mən də dedim ki, bəli, var. Amerikada, Avropa ölkələrində, hətta Rusiyada artıq uşaqlar üçün belə bir qanun qəbul olunub. Özü də mən dönə-dönə məhdudlaşdırmanın ancaq uşaqlar üçün nəzərdə tutulduğunu demişəm”-deyə komitə sədri vurğulayıb. 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə